Azərbaycanın İrandakı səfiri Bünyad Hüseynov, Təbrizdəki Baş konsulu Əliyənnağı Hüseynov, Tehran səfirliyinin müşaviri Cavid Musayev Naxçıvana rəsmi səfəri çərçivəsində Naxçıvan Dövlət Universitetində olub.
Universitetin rektoru Saleh Məhərrəmov ali təhsil ocağının tarixi, fəaliyyət istiqamətləri, həyata keçirilən davamlı islahatlar və yeniliklər, beynəlxalq aləmdə oynadığı roldan danışıb.
İrandakı səfirimiz Bünyad Hüseynov universitetdə mövcud olan elmi və texniki potensialı yüksək qiymətləndirib. O, tələbələrə diplomatiyaya dair mühazirə oxuyub. Bu peşə üzrə təhsil alan gələcəyin diplomatlarına öz məsləhət və tövsiyyələrini verib.