Azərbaycan Respublikası Təhsil Nazirliyinin dəstəyi ilə Quba rayonunda fəaliyyət göstərən məktəb psixoloqları üçün təlimlərə start verilib.

 

Təhsildə inkişaf və innovasiyalar üzrə III qrant müsabiqəsi çərçivəsində Quba rayonu Ağbil kənd tam orta məktəbinin psixoloqu Ramin Mahmudov tərəfindən icra edilən “Psixloqların metodiki bilik və bacarıqlarının təkmilləşdirlməsi” layihəsinin əsas məqsədi məktəb psixoloqlarının peşəkar fəaliyyətlərində bilik və bacarıqlarının artırılmasına dəstək verməkdir.

 

Ümumilikdə 30 nəfər psixoloqu əhatə edəcək layihə çərçivəsində ilk qruplarla təlimlər başa çatıb. Layihənini açılış mərasimində layihə rəhbəri Ramin Mahmudov və Quba rayon Təhsil Şöbəsinin metodiki mərkəzinin direktoru Namik Hümmətov təhsildə psixoloji xidmətin əhəmiyyətindən danışıb, psixoloqların günün tələbləri səviyyəsində fəaliyyət göstərmələri istiqamətində bu kimi təlimlərin vacibliyini qeyd edərək Təhsil Nazirliynə layihəyə dəstək verdiyinə görə təşəkkürlərini bildiriblər.

 

İki gün davam edən ilk təlimlərdə peşəkar təlimçilər tərəfindən psixiloqlara “İstedadlı şagirdlərlə işin qurulması”, “Emosional intellektin idarə edilməsi”, “Psixoprofilaktika, psixodioqnostika, psixokorreksiya sahəsində diqqət yetirilməli məqamlar”, “Psixoloqun iş sənədlərinin təşkili və hazırlanması” mövzularında interaktiv təlimlər keçirilib.

 

Yekunda hər bir iştirakçıya sertifikatlar təqdim edilib.

 

Layihə oktyabrın 5-i və 6-da ikinci    qrupla keçiriləcək təlimlərlə davam etdiriləcəkdir.