AMEA Naxçıvan Bölməsinin Əlyazmalar fondunun Əlyazmaların kataloqlaşdırılması, tədqiqi və nəşri şöbəsinin müdiri, fəlsəfə üzrə fəlsəfə doktoru, dosent Səbuhi İbrahimovun “Naxçıvan mühitinin yaratdığı kitab və kitabxana mədəniyyəti” adlı dərs vəsaiti çap olunub.
Naxçıvan Muxtar Respublikasının yaradılmasının 95 illiyinə həsr olunan nəşrdə Naxçıvan mühitinin yaratdığı kitab və kitabxana mədəniyyəti abidələrinin təşəkkülü və inkişaf perspektivləri geniş səciyyələndirilib. Onların yaranma zərurəti, zəngin xüsusiyyətləri, kitab müəlliflərinin yaradıcılıq fəaliyyətləri, xəttatları, miniatürçü rəssamları, nəqqaş-müzəhhibləri və bədii cild ustalarının yaratdığı sənət əsərləri barədə araşdırmalar aparılıb.
Nəşrdə ayrı-ayrı tarixi mərhələlərdə yaranıb formalaşmış saray, məscid, mədrəsə, məktəb və digərləri kitabxanaların, eyni zamanda görkəmli şəxslərin şəxsi kitabxanalarının fəaliyyəti haqqında məlumat verilib.