Sentyabrın 25-də Təhsil naziri Ceyhun Bayramov İsveçrə Konfederasiyasının Azərbaycan Respublikasına yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri xanım Muriyel Peneveyre ilə görüşüb.

 

Görüşdə Azərbaycan və İsveçrə arasında təhsil sahəsində əlaqələrin cari vəziyyəti və gələcək əməkdaşlıq perspektivləri müzakirə edilib.