AMEA-nın akademik Y.Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutunun (NKPİ) 90 illik yubileyi ilə əlaqədar olaraq 9-10-cu sinif şagirdləri arasında “Mən XXI əsrdə Y.Məmmədəliyevin davamçısı olmaq istəyirəm” müsabiqəsinin III mərhələsi keçirilib. Yekun mərhələdə suallar situasiya xarakterli qeyri-standart məsələlər formasında şagirdlərə təqdim olunub.
III mərhələyə keçən 22 şagirddən 20 nəfəri iştirak edib. Olimpiadada qalib olmuş şagirdlər aşağıdakılardır:
IX sinif üzrə:
I yer - Akademik Zərifə Əliyeva adına liseyin şagirdi – Fərzəlizadə Şamil Əlifağa oğlu;
I yer - 6 №li tam orta məktəbin şagirdi – Qasımov Səid Eldəniz oğlu;
II yer - BDU-nun nəzdində “Gənc istedadlar” liseyin şagirdi – Xəlilova Fatimə Fəxri qızı;
III yer - akademik Zərifə Əliyeva adına liseyin şagirdi – Tarverdiyev Ələsgər Yalçın oğlu,
III yer - akademik Zərifə Əliyeva adına liseyin şagirdi – Əmirova Şəbnəm Zöhrab qızı.
X sinif üzrə:
I yer - 32 saylı Zəngilan rayon tam orta məktəbin şagirdi – Abışova Fidan Vüqar qızı;
II yer - Akademik Zərifə Əliyeva adına liseyin şagirdi – Abusəmədov Rəvan Nəcməddin oğlu;
III yer - Akademik Zərifə Əliyeva adına liseyin şagirdi – Bəkirli İlahə İlham qızı,
III yer - BDU-nun nəzdində “Gənc istedadlar” liseyin şagirdi – Hüseynzadə Əkbər Səyavuş oğlu.
Bu mərhələdə iştirak edən şagirdlərdən I, II və III yerləri tutanlara uyğun diplom və hədiyyələr veriləcək. III mərhələnin digər iştirakçıları fərqlənmə diplomu ilə mükafatlandırılacaqlar.