Yeni reytinq ali məktəblər arasında rəqabəti üzə çıxarıb
Qlobal ali təhsil məkanında müşahidə olunan ən kritik proseslərdən biri Avropa və Asiya ali təhsil müəssisələri arasında rəqabətin güclənməsidir. Universitetlərin elmi tədqiqatlar və onun məhsullarının kommersiyalaşdırılması, eləcə də birgə tədqiqatların miqyasının genişləndirilməsi üzrə artan səyləri bu rəqabəti daha da dərinləşdirib. Bu isə dünya universitetlərinin qlobal reytinqlərdəki mövqeyində də özünü göstərir.
Bu meyillər Böyük Britaniyanın “Times Higher Education” jurnalının tərtib etdiyi dünyanın ən yaxşı universitetlərinin növbəti reytinq cədvəlində də müşahidə olunur. Reytinqə dünyanın 92 ölkəsindən 1300 ali təhsil müəssisəsi daxil olub. Siyahıya, ötən il olduğu kimi, Böyük Britaniyanın Oksford Universiteti rəhbərlik edir. Bu il ikinci sırada ABŞ-ın Kaliforniya Texnologiya Universiteti, üçüncü sırada isə Böyük Britaniyanın Kembric Universiteti yer alıb. İlk 10-luq əsasən ABŞ və Böyük Britaniya ali məktəblərindən ibarətdir: Stanford Universiteti (ABŞ), Massaçusets Texnologiya İnstitutu (ABŞ), Prinston Universiteti (ABŞ), Harvard Universiteti (ABŞ), Yale Universiteti (ABŞ), Çikaqo Universiteti (ABŞ) və London Imperial College (Böyük Britaniya). Beləliklə də bu il lider onluğa yeni bir universitet daxil olmayıb.
Yeni reytinq ali məktəblər arasında rəqabəti üzə çıxarıb. Kembric, Stenford universitetləri, eləcə də Massaçusets Texnologiya İnstitutu ötən illə müqayisədə bir xana geriləyiblər.
ABŞ ali məktəbləri reytinqdə yenə də üstünlük təşkil edir. Sıralamada ABŞ 172 ali təhsil müəssisəsi ilə təmsil olunur, onlardan 60-ı top-200-lüyə daxildir. Yaponiya universitetlərin ümumi sayına görə ikinci yeri tutmaqla Böyük Britaniyanı üstələyib. Yaponiya reytinqdə 110 ali məktəblə təmsil olunur. Böyük Britaniya ən çox universitet sayına görə üçüncüdür. Bu ölkə sıralamada 100 ali məktəblə təmsil olunur ki, onlardan 28-i top-200-lüyə daxildir.
Reytinqin redaktoru Fill Beytin sözlərinə görə, tarixən Böyük Britaniya ali təhsil sahəsində üstün çəkiyə malik olub. “Lakin son illər Asiya ali məktəbləri tərəfindən getdikcə daha güclü rəqabət Böyük Britaniyanı ənənəvi yuxarı yerlərdən sıxışdırmağa başlayıb. Ötən il Böyük Britaniya bütövlükdə Yaponiya tərəfindən ikinci ən çox təmsil olunan ölkə kimi sıxışdırılıb və cari ildə də Asiyanın bu ölkəsi öz liderliyini daha da genişləndirir. Baxmayaraq ki, top-200-lükdə Britaniyanın ali məktəbləri azalıb, ümumi reytinqin lideri yenə də Oksford Universitetidir”. Onun sözlərinə görə, Britaniya universitetləri artıq çoxdan dünyanın hər yerindən ən istedadlı alim və tələbələri cəlb edə biliblər, lakin bunun Brexit ərəfəsində getdikcə daha da çətinləşdiyini göstərən əlamətlər var. “Əgər Böyük Britaniya beynəlxalq səhnədən getməyə başlasa, reytinqin yuxarı eşelonlarında onun mövqeyi zərər görəcək”.
Oksford Universitetinin vitse-kansleri Luiza Riçardson qeyd edir ki, “Oksfordun müvəffəqiyyəti bir çox cəhətdən dünyanın digər ən yaxşı universitetləri ilə tədqiqat əməkdaşlığımızdan qaynaqlanır və biz Brexit-in nə gətirəcəyindən asılı olmayaraq, həm bu tərəfdaşlıq münasibətlərini dərinləşdirmək, həm də genişləndirmək əzmindəyik”.
Reytinq tərtib edilərkən beş qrupa bölünmüş 13 meyar nəzərə alınıb. Onların sırasında elmi məqalələrdən sitatgətirilmə, innovasiyalara töhfə, tədqiqat fəaliyyətindən əldə olunan gəlirlər, tədrisin keyfiyyəti və universitetin qloballıq dərəcəsi, yəni ən yaxşı işçiləri və xarici tələbələri cəlb etmək imkanları var.
Reytinqlə daha ətraflı www.timeshighereducation.com/world-university-rankings/2020/world-ranking səhifəsindən tanış olmaq olar.
Rey-tinq |
Ali məktəbin adı |
Ölkə |
Tələbə-lərin ümumi sayı |
Tələbə- müəllim nisbəti |
Beynəl-miləl tələbələr |
Qadın-kişi nisbəti |
1. |
Böyük Britaniya |
20,664 |
11.2 |
41% |
46 : 54 |
|
2. |
2,240 |
6.4 |
30% |
34 : 66 |
||
3. |
Böyük Britaniya |
18,978 |
10.9 |
37% |
47 : 53 |
|
4. |
16,135 |
7.3 |
23% |
43 : 57 |
||
5. |
11,247 |
8.6 |
34% |
39 : 61 |
||
6. |
7,983 |
8.1 |
25% |
45 : 55 |
||
7. |
20,823 |
9.2 |
24% |
49 : 51 |
||
8. |
12,402 |
5.4 |
20% |
50 : 50 |
||
9. |
13,833 |
5.7 |
28% |
46 : 54 |
||
10. |
Böyük Britaniya |
16,760 |
11.7 |
56% |
38 : 62 |
|
11. |
20,578 |
6.5 |
21% |
52 : 48 |
||
12. |
16,171 |
4.5 |
26% |
52 : 48 |
||
=13. |
41,081 |
13.7 |
17% |
50 : 50 |
||
=13. |
İsveçrə |
18,956 |
12.5 |
39% |
32 : 68 |
|
15. |
Böyük Britaniya |
32,665 |
10.6 |
52% |
57 : 43 |
|
16. |
26,586 |
5.8 |
37% |
əks olunmayıb |
||
17. |
41,066 |
9.4 |
17% |
54 : 46 |
||
18. |
Kanada |
73,370 |
20.1 |
21% |
59 : 41 |
|
19. |
22,319 |
9.8 |
25% |
49 : 51 |
||
20. |
15,309 |
4.3 |
19% |
49 : 51 |
||
21. |
42,982 |
8.3 |
17% |
49 : 51 |
||
22. |
17,951 |
12.8 |
20% |
49 : 51 |
||
23. |
Çin |
38,783 |
12.0 |
11% |
34 : 66 |
|
24. |
Çin |
39,575 |
11.5 |
15% |
46 : 54 |
|
25. |
Sinqapur |
30,869 |
17.9 |
28% |
51 : 49 |
|
26. |
45,692 |
11.1 |
16% |
53 : 47 |
||
=27. |
13,430 |
13.6 |
48% |
41 : 59 |
||
=27. |
Böyük Britaniya |
10,570 |
12.1 |
71% |
53 : 47 |
|
29. |
44,466 |
8.9 |
33% |
57 : 43 |
||
30. |
Böyük Britaniya |
29,433 |
12.8 |
41% |
60 : 40 |
|
31. |
33,579 |
13.0 |
23% |
46 : 54 |
||
=32. |
Almaniya |
34,519 |
34.7 |
17% |
61 : 39 |
|
=32. |
Avstraliya |
47,385 |
26.3 |
46% |
56 : 44 |
|
34. |
Kanada |
52,108 |
18.1 |
32% |
55 : 45 |
|
35. |
Honkonq |
18,260 |
18.2 |
44% |
54 : 46 |
|
=36. |
Böyük Britaniya |
26,057 |
12.5 |
44% |
62 : 38 |
|
=36. |
Yaponiya |
25,913 |
10.6 |
12% |
əks olunmayıb |
|
=38. |
İsveçrə |
10,492 |
11.4 |
59% |
28 : 72 |
|
=38. |
21,372 |
18.3 |
27% |
33 : 67 |
||
=38. |
49,165 |
17.2 |
10% |
52 : 48 |
||
41. |
İsveç |
7,777 |
9.0 |
20% |
68 : 32 |
|
42. |
Kanada |
31,294 |
13.0 |
29% |
58 : 42 |
|
43. |
40,472 |
47.8 |
27% |
34 : 66 |
||
44. |
Almaniya |
20,800 |
16.1 |
18% |
54 : 46 |
|
=45. |
Belçika |
45,049 |
36.3 |
15% |
50 : 50 |
|
=45. |
Fransa |
21,298 |
11.5 |
26% |
46 : 54 |
|
47. |
Honkonq |
10,125 |
22.3 |
31% |
əks olunmayıb |
|
=48. |
44,916 |
17.9 |
24% |
47 : 53 |
||
=48. |
Sinqapur |
25,088 |
15.9 |
27% |
48 : 52 |
|
50. |
Avstraliya |
17,359 |
17.8 |
44% |
52 : 48 |
|
51. |
39,154 |
10.0 |
13% |
əks olunmayıb |
||
52. |
13,401 |
7.5 |
20% |
əks olunmayıb |
||
53. |
9,391 |
10.8 |
20% |
əks olunmayıb |
||
54. |
35,419 |
9.4 |
8% |
57 : 43 |
||
=55. |
39,164 |
12.0 |
14% |
58 : 42 |
||
=55. |
Böyük Britaniya |
37,038 |
14.4 |
40% |
53 : 47 |
|
=57. |
24,089 |
27.6 |
16% |
52 : 48 |
||
=57. |
Honkonq |
18,340 |
18.6 |
32% |
əks olunmayıb |
|
59. |
Niderland |
13,914 |
21.3 |
27% |
53 : 47 |
|
60. |
Avstraliya |
45,111 |
20.1 |
39% |
58 : 42 |
|
61. |
25,662 |
11.6 |
27% |
60 : 40 |
||
=62. |
Niderland |
26,723 |
13.5 |
18% |
56 : 44 |
|
=62. |
36,929 |
11.7 |
25% |
53 : 47 |
||
64. |
Cənubi Koreya |
26,182 |
12.4 |
12% |
əks olunmayıb |
|
65. |
Yaponiya |
22,566 |
9.0 |
9% |
24 : 76 |
|
66. |
Avstraliya |
39,144 |
35.7 |
34% |
55 : 45 |
|
=67. |
Niderland |
18,743 |
20.2 |
30% |
29 : 71 |
|
=67. |
Niderland |
28,741 |
18.7 |
16% |
59 : 41 |
|
69. |
Niderland |
23,167 |
20.4 |
23% |
51 : 49 |
|
70. |
ABŞ |
54,372 |
12.5 |
13% |
50 : 50 |
|
71. |
Avstraliya |
44,336 |
35.7 |
41% |
47 : 53 |
|
72. |
Kanada |
24,412 |
28.1 |
17% |
55 : 45 |
|
73. |
Niderland |
27,228 |
23.8 |
21% |
51 : 49 |
|
74. |
Almaniya |
33,463 |
56.1 |
17% |
əks olunmayıb |
|
=75. |
Avstraliya |
52,989 |
33.9 |
39% |
57 : 43 |
|
=75. |
31,833 |
14.2 |
9% |
59 : 41 |
||
77. |
Böyük Britaniya |
20,599 |
13.2 |
41% |
49 : 51 |
|
78. |
ABŞ |
46,204 |
15.3 |
16% |
46 : 54 |
|
79. |
ABŞ |
61,120 |
12.4 |
11% |
52 : 48 |
|
=80. |
Almaniya |
7,076 |
17.6 |
19% |
64 : 36 |
|
=80. |
ABŞ |
12,735 |
4.0 |
20% |
58 : 42 |
|
=80. |
Çin |
16,245 |
7.7 |
4% |
əks olunmayıb |
|
=80. |
Fransa |
43,076 |
13.5 |
19% |
58 : 42 |
|
84. |
ABŞ |
44,789 |
16.5 |
16% |
51 : 49 |
|
85. |
36,794 |
20.2 |
22% |
əks olunmayıb |
||
86. |
Almaniya |
21,475 |
42.8 |
23% |
54 : 46 |
|
87. |
Böyük Britaniya |
21,783 |
13.6 |
27% |
54 : 46 |
|
88. |
ABŞ |
40,451 |
15.7 |
23% |
43 : 57 |
|
89. |
Cənubi Koreya |
23,342 |
19.5 |
15% |
43 : 57 |
|
90. |
22,609 |
12.3 |
21% |
57 : 43 |
||
=91. |
ABŞ |
33,108 |
16.6 |
11% |
48 : 52 |
|
=91. |
Almaniya |
27,901 |
37.5 |
14% |
58 : 42 |
|
93. |
Fransa |
3,030 |
5.7 |
40% |
22 : 78 |
|
=94. |
İsveçrə |
11,518 |
15.8 |
27% |
56 : 44 |
|
=94. |
6,247 |
7.7 |
15% |
49 : 51 |
||
=96. |
32,706 |
16.5 |
26% |
52 : 48 |
||
=96. |
Finlandiya |
22,072 |
16.6 |
5% |
66 : 34 |
|
=96. |
İsveç |
27,266 |
12.1 |
19% |
54 : 46 |
|
=99. |
Böyük Britaniya |
25,357 |
15.4 |
37% |
59 : 41 |
|
=99. |
Almaniya |
45,377 |
61.1 |
21% |
32 : 68 |
Oruc MUSTAFAYEV