Lider universitetlər mövqelərini itirir

Qlobal ali təhsil məkanında müşahidə olunan ən kritik proseslərdən biri Avropa və Asiya ali təhsil müəssisələri arasında rəqabətin güclənməsidir. Universitetlərin elmi tədqiqatlar və onun məhsullarının  kommersiyalaşdırılması, eləcə də birgə tədqiqatların miqyasının genişləndirilməsi üzrə artan səyləri bu rəqabəti daha da dərinləşdirib. Bu isə dünya universitetlərinin qlobal reytinqlərdəki mövqeyində də özünü göstərir. 

 

Bu meyillər Böyük Britaniyanın  “Times Higher Education”  jurnalının tərtib etdiyi dünyanın ən yaxşı universitetlərinin növbəti reytinq cədvəlində də müşahidə olunur. Reytinqə  dünyanın 92 ölkəsindən    1300 ali təhsil müəssisəsi daxil olub. Siyahıya, ötən il olduğu kimi,  Böyük Britaniyanın Oksford Universiteti rəhbərlik edir.  Bu il ikinci sırada ABŞ-ın Kaliforniya Texnologiya Universiteti, üçüncü sırada isə Böyük Britaniyanın  Kembric Universiteti  yer alıb. İlk 10-luq əsasən ABŞ və Böyük Britaniya ali məktəblərindən ibarətdir:  Stanford Universiteti (ABŞ), Massaçusets Texnologiya İnstitutu (ABŞ), Prinston Universiteti (ABŞ), Harvard Universiteti (ABŞ), Yale Universiteti (ABŞ), Çikaqo Universiteti (ABŞ) və London Imperial College (Böyük Britaniya). Beləliklə də  bu il lider onluğa yeni  bir universitet daxil olmayıb.

 

Yeni reytinq ali məktəblər arasında rəqabəti üzə çıxarıb.  Kembric, Stenford universitetləri,  eləcə də Massaçusets Texnologiya İnstitutu ötən illə müqayisədə bir xana geriləyiblər.

 

ABŞ ali məktəbləri reytinqdə yenə də üstünlük təşkil edir. Sıralamada ABŞ 172  ali təhsil müəssisəsi ilə təmsil olunur, onlardan 60-ı top-200-lüyə daxildir.  Yaponiya universitetlərin ümumi sayına görə ikinci yeri tutmaqla Böyük Britaniyanı üstələyib.  Yaponiya reytinqdə 110 ali məktəblə  təmsil olunur.   Böyük Britaniya ən çox universitet sayına görə üçüncüdür.  Bu ölkə sıralamada 100 ali məktəblə təmsil olunur ki, onlardan 28-i  top-200-lüyə daxildir. 

 

Reytinqin redaktoru Fill Beytin sözlərinə görə, tarixən Böyük Britaniya ali təhsil sahəsində üstün çəkiyə malik olub. “Lakin son illər Asiya ali məktəbləri  tərəfindən getdikcə daha güclü rəqabət Böyük Britaniyanı ənənəvi yuxarı yerlərdən sıxışdırmağa başlayıb.  Ötən il Böyük Britaniya bütövlükdə Yaponiya tərəfindən ikinci ən çox təmsil olunan ölkə kimi sıxışdırılıb və cari ildə də Asiyanın bu ölkəsi öz  liderliyini daha da genişləndirir. Baxmayaraq ki, top-200-lükdə Britaniyanın ali məktəbləri azalıb,  ümumi reytinqin lideri yenə də Oksford Universitetidir”. Onun sözlərinə görə, Britaniya universitetləri artıq çoxdan dünyanın hər yerindən ən istedadlı alim və tələbələri cəlb edə biliblər, lakin bunun Brexit ərəfəsində getdikcə daha da çətinləşdiyini göstərən əlamətlər var. “Əgər Böyük Britaniya beynəlxalq səhnədən getməyə başlasa, reytinqin yuxarı eşelonlarında onun mövqeyi zərər görəcək”.  

 

Oksford Universitetinin vitse-kansleri Luiza Riçardson qeyd edir ki,  “Oksfordun müvəffəqiyyəti bir çox cəhətdən dünyanın digər ən yaxşı universitetləri ilə tədqiqat əməkdaşlığımızdan qaynaqlanır və biz Brexit-in nə gətirəcəyindən asılı olmayaraq, həm bu tərəfdaşlıq münasibətlərini dərinləşdirmək, həm də genişləndirmək əzmindəyik”.

 

Reytinq tərtib edilərkən beş qrupa bölünmüş 13 meyar nəzərə alınıb. Onların sırasında elmi məqalələrdən sitatgətirilmə, innovasiyalara töhfə, tədqiqat fəaliyyətindən əldə olunan gəlirlər, tədrisin keyfiyyəti və universitetin qloballıq dərəcəsi, yəni ən yaxşı işçiləri və xarici tələbələri cəlb etmək imkanları var.

 

Reytinqlə daha ətraflı www.timeshighereducation.com/world-university-rankings/2020/world-ranking  səhifəsindən tanış olmaq olar.

 

Rey-tinq

Ali məktəbin adı

Ölkə

Tələbə-lərin ümumi sayı

Tələbə- müəllim nisbəti

Beynəl-miləl tələbələr

Qadın-kişi nisbəti

1.

University of Oxford

Böyük Britaniya

20,664

11.2

41%

46 : 54

2.

California Institute of Technology

ABŞ

2,240

6.4

30%

34 : 66

3.

University of Cambridge

Böyük Britaniya

18,978

10.9

37%

47 : 53

4.

Stanford University

ABŞ

16,135

7.3

23%

43 : 57

5.

Massachusetts Institute of Technology

ABŞ

11,247

8.6

34%

39 : 61

6.

Princeton University

ABŞ

7,983

8.1

25%

45 : 55

7.

Harvard University

ABŞ

20,823

9.2

24%

49 : 51

8.

Yale University

ABŞ

12,402

5.4

20%

50 : 50

9.

University of Chicago

ABŞ

13,833

5.7

28%

46 : 54

10.

Imperial College London

Böyük Britaniya

16,760

11.7

56%

38 : 62

11.

University of Pennsylvania

ABŞ

20,578

6.5

21%

52 : 48

12.

Johns Hopkins University

ABŞ

16,171

4.5

26%

52 : 48

=13.

University of California, Berkeley

ABŞ

41,081

13.7

17%

50 : 50

=13.

ETH Zurich

İsveçrə

18,956

12.5

39%

32 : 68

15.

UCL

Böyük Britaniya

32,665

10.6

52%

57 : 43

16.

Columbia University

ABŞ

26,586

5.8

37%

əks olunmayıb

17.

University of California, Los Angeles

ABŞ

41,066

9.4

17%

54 : 46

18.

University of Toronto

Kanada

73,370

20.1

21%

59 : 41

19.

Cornell University

ABŞ

22,319

9.8

25%

49 : 51

20.

Duke University

ABŞ

15,309

4.3

19%

49 : 51

21.

University of Michigan-Ann Arbor

ABŞ

42,982

8.3

17%

49 : 51

22.

Northwestern University

ABŞ

17,951

12.8

20%

49 : 51

23.

Tsinghua University

Çin

38,783

12.0

11%

34 : 66

24.

Peking University

Çin

39,575

11.5

15%

46 : 54

25.

National University of Singapore

Sinqapur

30,869

17.9

28%

51 : 49

26.

University of Washington

ABŞ

45,692

11.1

16%

53 : 47

=27.

Carnegie Mellon University

ABŞ

13,430

13.6

48%

41 : 59

=27.

London School of Economics and Political Science

Böyük Britaniya

10,570

12.1

71%

53 : 47

29.

New York University

ABŞ

44,466

8.9

33%

57 : 43

30.

University of Edinburgh

Böyük Britaniya

29,433

12.8

41%

60 : 40

31.

University of California, San Diego

ABŞ

33,579

13.0

23%

46 : 54

=32.

LMU Munich

Almaniya

34,519

34.7

17%

61 : 39

=32.

University of Melbourne

Avstraliya

47,385

26.3

46%

56 : 44

34.

University of British Columbia

Kanada

52,108

18.1

32%

55 : 45

35.

University of Hong Kong

Honkonq

18,260

18.2

44%

54 : 46

=36.

King’s College London

Böyük Britaniya

26,057

12.5

44%

62 : 38

=36.

The University of Tokyo

Yaponiya

25,913

10.6

12%

əks olunmayıb

=38.

École Polytechnique Fédérale de Lausanne

İsveçrə

10,492

11.4

59%

28 : 72

=38.

Georgia Institute of Technology

ABŞ

21,372

18.3

27%

33 : 67

=38.

University of Texas at Austin

ABŞ

49,165

17.2

10%

52 : 48

41.

Karolinska Institute

İsveç

7,777

9.0

20%

68 : 32

42.

McGill University

Kanada

31,294

13.0

29%

58 : 42

43.

Technical University of Munich

Almaniya

40,472

47.8

27%

34 : 66

44.

Heidelberg University

Almaniya

20,800

16.1

18%

54 : 46

=45.

KU Leuven

Belçika

45,049

36.3

15%

50 : 50

=45.

Paris Sciences et Lettres – PSL

Fransa

21,298

11.5

26%

46 : 54

47.

The Hong Kong University of Science and Technology

Honkonq

10,125

22.3

31%

əks olunmayıb

=48.

University of Illinois at Urbana-Champaign

ABŞ

44,916

17.9

24%

47 : 53

=48.

Nanyang Technological University

Sinqapur

25,088

15.9

27%

48 : 52

50.

Australian National University

Avstraliya

17,359

17.8

44%

52 : 48

51.

University of Wisconsin-Madison

ABŞ

39,154

10.0

13%

əks olunmayıb

52.

Washington University in St Louis

ABŞ

13,401

7.5

20%

əks olunmayıb

53.

Brown University

ABŞ

9,391

10.8

20%

əks olunmayıb

54.

University of North Carolina at Chapel Hill

ABŞ

35,419

9.4

8%

57 : 43

=55.

University of California, Davis

ABŞ

39,164

12.0

14%

58 : 42

=55.

University of Manchester

Böyük Britaniya

37,038

14.4

40%

53 : 47

=57.

University of California, Santa Barbara

ABŞ

24,089

27.6

16%

52 : 48

=57.

Chinese University of Hong Kong

Honkonq

18,340

18.6

32%

əks olunmayıb

59.

Wageningen University & Research

Niderland

13,914

21.3

27%

53 : 47

60.

University of Sydney

Avstraliya

45,111

20.1

39%

58 : 42

61.

Boston University

ABŞ

25,662

11.6

27%

60 : 40

=62.

University of Amsterdam

Niderland

26,723

13.5

18%

56 : 44

=62.

University of Southern California

ABŞ

36,929

11.7

25%

53 : 47

64.

Seoul National University

Cənubi Koreya

26,182

12.4

12%

əks olunmayıb

65.

Kyoto University

Yaponiya

22,566

9.0

9%

24 : 76

66.

University of    Queensland

Avstraliya

39,144

35.7

34%

55 : 45

=67.

Delft University of Technology

Niderland

18,743

20.2

30%

29 : 71

=67.

Leiden University

Niderland

28,741

18.7

16%

59 : 41

69.

Erasmus University Rotterdam

Niderland

23,167

20.4

23%

51 : 49

70.

Ohio State University (Main campus)

ABŞ

54,372

12.5

13%

50 : 50

71.

UNSW Sydney

Avstraliya

44,336

35.7

41%

47 : 53

72.

McMaster University

Kanada

24,412

28.1

17%

55 : 45

73.

University of Groningen

Niderland

27,228

23.8

21%

51 : 49

74.

Humboldt University of Berlin

Almaniya

33,463

56.1

17%

əks olunmayıb

=75.

Monash University

Avstraliya

52,989

33.9

39%

57 : 43

=75.

Utrecht University

Niderland

31,833

14.2

9%

59 : 41

77.

University of Warwick

Böyük Britaniya

20,599

13.2

41%

49 : 51

78.

Penn State (Main campus)

ABŞ

46,204

15.3

16%

46 : 54

79.

University of Minnesota

ABŞ

61,120

12.4

11%

52 : 48

=80.

Charité - Universitätsmedizin Berlin

Almaniya

7,076

17.6

19%

64 : 36

=80.

Emory University

ABŞ

12,735

4.0

20%

58 : 42

=80.

University of Science and Technology of  China

Çin

16,245

7.7

4%

əks olunmayıb

=80.

Sorbonne University

Fransa

43,076

13.5

19%

58 : 42

84.

Michigan State University

ABŞ

44,789

16.5

16%

51 : 49

85.

University of Montreal

Kanada

36,794

20.2

22%

əks olunmayıb

86.

University of Freiburg

Almaniya

21,475

42.8

23%

54 : 46

87.

University of Bristol

Böyük Britaniya

21,783

13.6

27%

54 : 46

88.

Purdue University West Lafayette

ABŞ

40,451

15.7

23%

43 : 57

89.

Sungkyunkwan University (SKKU)

Cənubi Koreya

23,342

19.5

15%

43 : 57

90.

University of Zurich

İsveçrə

22,609

12.3

21%

57 : 43

=91.

University of Maryland, College Park

ABŞ

33,108

16.6

11%

48 : 52

=91.

University of Tübingen

Almaniya

27,901

37.5

14%

58 : 42

93.

École Polytechnique

Fransa

3,030

5.7

40%

22 : 78

=94.

University of Basel

İsveçrə

11,518

15.8

27%

56 : 44

=94.

Dartmouth College

ABŞ

6,247

7.7

15%

49 : 51

=96.

University of California, Irvine

ABŞ

32,706

16.5

26%

52 : 48

=96.

University of Helsinki

Finlandiya

22,072

16.6

5%

66 : 34

=96.

Lund University

İsveç

27,266

12.1

19%

54 : 46

=99.

University of Glasgow

Böyük Britaniya

25,357

15.4

37%

59 : 41

=99.

RWTH Aachen   University

Almaniya

45,377

61.1

21%

32 : 68

 

Oruc MUSTAFAYEV



20.09.2019 | 13:23