Şamaxı və Qobustan rayon sakinlərinin nəzərinə!


Təhsil nazirinin müavini Firudin Qurbanov 20 sentyabr 2019-cu il tarixində saat 11:00-da Şamaxı şəhərindəki Heydər Əliyev Mərkəzində 2019-cu ilin sentyabr ayında şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq, Şamaxı və Qobustan rayon sakinlərini qəbul edəcək. Qəbulda Şamaxı və Qobustan rayonlarında müvəqqəti məskunlaşmış məcburi köçkünlər də iştirak edə bilərlər.

 

Qəbula gəlmək istəyən vətəndaşlar 12-18 sentyabr (saat 18:00-dək) 2019-cu il tarixlərində Təhsil Nazirliyinin Telefon Məlumat Mərkəzinin 146-1 nömrəli telefonuna (“Qaynar xətt” xidməti) zəng etməklə və ya nazirliyin rəsmi saytının “Vətəndaşların qəbulu” bölməsinə daxil olmaqla (http://edu.gov.az/az/contacts/request) elektron qeydiyyatdan keçə bilərlər.

 

Qeydiyyatdan keçmiş vətəndaşlardan xahiş olunur ki, qəbula gələrkən aidiyyəti məsələləri dolğun ifadə edən ərizə ilə müraciət etsinlər.