Azərbaycan Respublikasında 2019-cu ilin “Nəsimi ili” elan edilməsi haqqında ölkə Prezidenti cənab İlham Əliyevin Sərəncamına uyğun olaraq, noyabrın 7-dən 10-dək “İmadəddin Nəsiminin dövrü: ictimai-siyasi həyat və mədəniyyət” mövzusunda beynəlxalq elmi konfrans keçiriləcək.
Beynəlxalq konfransın təşkilatçıları AMEA-nın Tarix, Şərqşünaslıq və Elm Tarixi institutlarıdır.
Konfransda elmi məruzə ilə iştirak etmək istəyən tədqiqatçılar oktyabrın 30-dək məruzələrinin tam mətnlərini ameatarixinstitutu@gmail.com elektron ünvanına göndərə bilərlər.
Konfransdan sonra məruzələr toplusunun nəşri nəzərdə tutulur.