Ombudsman şagirdlərin sosial şəbəkələrdə monitorinqini keçirəcək
"Rusiyanın gənc hüquqşünasları" ictimai təşkilatı ölkə ərazisində məktəb ombudsmanları institutunun yaradılması təklifi ilə çıxış edib. Təşəbbüs layihəsi RF İctimai palatasına təqdim edilib. Qeyd olunur ki, bu institutun konsepsiyası insan hüquqları üzrə səlahiyyətli şəxsin (ombudsman) vəzifəsinə oxşar olacaq. Məktəb ombudsmanları Rusiyanın ən böyük regionlarının bir sıra məktəblərində yuxarı sinif şagirdləri arasından səsvermə yolu ilə seçiləcək.
İdeya müəlliflərinin fikrincə, məktəb ombudsmanı sosial şəbəkələrdə məktəblilərin hesablarının monitorinqini keçirəcək, internetdən asılılığı olan uşaqları aşkar edəcək və bu məsələlər üzrə məktəb administrasiyası və polislə birgə işləyəcək. Bundan başqa, o yaşıdları ilə ünsiyyətdə problemlər yaşayan yeniyetmələrə kömək etməlidir.
Oruc MUSTAFAYEV