Almaniyanın Federal Təhsil və Tədqiqat Nazirliyi Mərkəzi Asiya və Cənubi Qafqaz ölkələri üçün yeni layihə müsabiqəsi elan edib.

 

Belə ki, tibb, biomüxtəliflik, şəhər-kənd sistemləri, sosial-ekoloji tədqiqatlar, rəqəmsallaşma, biliklərin transferi sahələri üzrə layihələr 200 000 avro həcmində maliyyə dəstəyi ala bilər.

 

Qeydiyyat üçün son tarix noyabrın 28-dir.

 

Layihələr partnyor alman təşkilatı tərəfindən təqdim edilməlidir.

 

Qeyd edək ki, müsabiqə haqqında ətraflı məlumatı https://www.bmbf.de rəsmi internet səhifəsindən əldə etmək mümkündür.