“Yaşıl İqlim Fondunun Azərbaycan üzrə Hazırlıq və İlkin Dəstək” layihəsi çərçivəsində Azərbaycan Dövlət Aqrar Universitetində (ADAU) professor-müəllim heyətinə seminar keçirilib.
Universitetin Baytarlıq təbabəti və zoomühəndislik fakültəsinin Anatomiya muzeyində təşkil olunan tədbiri giriş sözüylə açan BMT-nin İnkişaf Proqramının Azərbaycanda Baş Proqram Müşaviri Çingiz Məmmədov bacarıqların artırılması barədə görülmüş işlər haqqında danışıb.
Daha sonra çıxış edən AMEA-nın müxbir üzvü, professor İslam Mustafayev “Qlobal iqlim dəyişmələri və onun təsirləri” mövzusu ətrafında iştirakçılara məlumat verib.
Sonda seminar iştirakçılarının sualları cavablandırılıb.