Sumqayıt səhərində yerləşən Respublika Paralimpiya idman kompleksində “Sumqayıt şəhərinin 70 illik” yubileyinə həsr olunmuş üzgüçülük idman növü üzrə açıq çempionat keçirilib.

Çempionatda müxtəlif yaş kateqoriyalarından olan yüzədək idmançı, o cümlədən Uşaq Paralimpiya Komitəsinin idmançıları iştirak ediblər.

 

Turnirdə 2009-2010-cu il təvəllüdlü idmançı uşaqlar arasında paralimpiyaçı Əli Vəliyev, 2007-2008 - ci il təvəllüdlü qızlar arasında yarışan paralimpiyaçı Elnarə Nizami və 2007-2008-ci təvəllüdlü oğlanlar arasında Əli Səfərəlizədə 50 metr məsafəyə sərbəst üsulla üzgüçülük yarışlarında birinci yerə layiq görülüblər.

 

Görmə məhdudiyyətli paralimpiyaçı Elxan Qurbanov isə öz yaşıdları arasında 3-cü yeri tutub.

 

Beləliklə, çempionatında iştirak edən uşaq paralimpiyaçılarımız 3 qızıl və 1 bürünc medal qazanıblar.