Məlumdur ki, təhsil iqtisadi inkişafın açarıdır.  Son illərin  müşahidələri göstərir ki, innovasiyalara əsaslanan ali təhsil, xüsusən də  fəlsəfə doktoru hazırlığı (PhD)  olmadan   MP3,  GPS  kimi  müasir texnologiyalar heç vaxt mümkün olmazdı.  Ölkələr milli ali təhsil  sistemlərinə sərmayə qoyur və əvvəlki illərdən fərqli olaraq daha çox insan doktorluq elmi dərəcəsi alır.  Ancaq sual belədir: hansı ölkədə daha çox doktorant var?

 

ABŞ bütün ölkələri geridə qoyub

 

 

İqtisadi Əməkdaşlıq və İnkişaf  Təşkilatının (OECD) hazırladığı məruzəyə əsasən ABŞ-da  Almaniya və onun yaxın rəqiblərindən 2 dəfə artıq fəlsəfə doktoru  var. 2014-cü ildə ABŞ-da  67449 şəxs  fəlsəfə doktoru elmi dərəcəsini alıb.  Almaniyada bu rəqəm 28147 nəfər təşkil edir.  Üçüncü sırada Böyük Britaniya gəlir.  Böyük Britaniya sadəcə  25 020 PHD  hazırlaya bilib. Dördüncü sırada 24300 nəfərlə Hindistan yerləşib.  Yaponiya 16039 nəfərlə siyahıda  5-ci yerdə qərarlaşıb.  Yaponiya ABŞ-da hazırlanan  PhD məzunlarının dörddə birinə malikdir.

 

Altıncı və yeddinci yerləri  müvafiq olaraq Fransa (13729) və Cənubi Koreya (12931) tutub.  İspaniya və İtaliya   səkkizinci və doqquzuncu yerləri tutmaqla müvafiq olaraq 10889 və 10678 nəfər doktorant hazırlayıblar.  İlk 10-luqda sonuncu yer Avstraliyaya (8400 nəfər)  məxsusdur.


Məruzədə qeyd olunur ki, əgər rəqəmlərə adambaşı nəzər salınarsa, onda cədvəlin yuxarı hissəsi bir  qədər  başqa cür görünə bilər.

 

Son 20 ildə dünyada PHD hazırlığı artıb

 

OECD-nin məlumatları göstərir ki,  son 20 ildə bütün dünyada fəlsəfə doktoru hazırlığı artıb. Əksəriyyət ölkələr isə OECD-nin payına düşür.  Məruzədə qeyd olunur ki, güclü  inkişaf edən iqtisadiyyatlara malik ölkələr  ali təhsil sahəsində öz imkanlarını genişləndiriblər.  Bunu sıralamada 24300 fəlsəfə doktoru hazırlığına malik Hindistanın yüksək yer tutması da sübut edir.

 

Bəzi  elm sahələri fəlsəfə doktorları arasında daha  çox məşhurdur.  Fəlsəfə doktoru sahəsində təsis olunan yeni elmi dərəcələrin təxminən 40 faizi STEM (elm, texnologiya, mühəndislik, riyaziyyat) elmlərinə aiddir  və bu faiz yeni məzunların (səhiyyə sahəsində doktorluq dərəcələri də nəzərə alınmaqla) 58%-ni əhatə etməkdədir.  Doktorluq proqramları xüsusilə Fransada (59%), Kanadada (55%) və Çində (55%) təbii elmlərə və texnikaya yönəldilib.

 

Məruzədə qeyd edilmiş başqa tendensiyalar  arasında biliklərin qlobal iqtisadiyyatlar  erasını açan rəqəmsallaşma və tədqiqatların beynəlmiləlləşdirilməsi də yer alıb.

 

 

Oruc MUSTAFAYEV