Təhsil naziri Ceyhun Bayramov “Azərbaycan Respublikasının Təhsil Nazirliyində və tabe qurumlarda vətəndaşların qəbulu Qaydaları”na uyğun olaraq vətəndaşları qəbul edib.
Qəbulda vətəndaşlar əsasən, işlə təmin olunma və işə bərpa, fərdi təhsilə cəlb olunma, ali təhsil və ümumi təhsil sahəsinə aid məsələlər ilə bağlı müraciət ediblər.
Nazir vətəndaşların müraciət, şikayət və təkliflərini diqqətlə dinləyərək hər bir müraciətin operativ şəkildə araşdırılması, qaldırılan məsələlərin qanunvericiliyə uyğun həlli istiqamətində nazirliyin müvafiq aidiyyəti qurumlarının rəhbərlərinə tapşırıqlar verib.