Bakı Dövlət Universiteti (BDU)100 illik yubileyi münasibətilə “BDU fotolarda” adlı fotoşəkil müsabiqəsi elan edir.
Müsabiqənin şərtləri aşağıdakı kimidir:
- Fotolar universiteti əks etdirməli, orijinal və məzmunlu olmalıdır;
- Fotolar aydın və keyfiyyətli olmalıdır;
- İştirakçılar müsabiqəyə ən çox 3 foto göndərə bilərlər;
- İnternetdə, saytlarda, həmçinin kitablarda istifadə edilmiş fotolar müsabiqədə iştirak etməyəcək.
Fotolar 2019-cu ilin sentyabrın 30-na kimi press-service@bsu.edu.az ünvanına “mövzu” yerinə “foto-müsabiqəyə” qeyd edilməklə göndərilməlidir.
Qeyd olunan tarixdən gec göndərilən foto-şəkillərə baxılmayacaq.
Müsabiqədə 1-ci, 2-ci və 3-cü yeri tutanlara mükafatlar və diplomlar, fərqlənən digər iştirakçılara isə müxtəlif hədiyyələr və sertifikatlar təqdim olunacaq, ən yaxşı şəkillər müxtəlif sərgilərdə və kitablarda təqdim ediləcək.