Şotlandiyada valideyn himayəsindən məhrum uşaqlar universitetlərdə zəmanətli yerlər alacaqlar. The Guardian qəzetinin məlumatına əsasən, bu siyasət əvvəllər və hazırda himayə altında olan daha çox uşağın universitet təhsilinə cəlb olunmasına yönəlib.
Şotlandiyada valideyn himayəsindən məhrum uşaqların yalnız 4 faizi orta məktəbi bitirdikdən sonra ali təhsil müəssisələrinə daxil ola bilir. Yeni proqram abituriyentin yaşından asılı olmayaraq internatlarda və sığınacaq evlərində qalan bütün uşaqları əhatə edir.
Oruc MUSTAFAYEV