Gədəbəy rayonunda  “Vətən! Ordu! Şərəf!” adlı vətənpərvərlik mövzusunda rəsm sərgisi keçirilib. Sərgi Milli Yaylaq Festivalı, həmçinin Mədəniyyət Nazirliyinin Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzinin Şəmkir Regional Mədəniyyət İdarəsinin təşkilatçılığı ilə keçirilən gənc mədəniyyət işçilərinin birinci beynəlxalq yay düşərgəsi çərçivəsində təşkil olunub.

 

Sərginin açılış mərasimində çıxış edənlər gənclərin vətənpərvərlik ruhunda tərbiyə olunmasını, onların istedad və bacarıqlarının üzə çıxarılması və dəstəklənməsini, ölkəmizdə təsviri sənətin inkişaf etdirilməsi və təbliğ olunmasını sərginin hədəfləri arasında yer aldığını vurğulayıblar. Eyni zamanda, “Səni vətən çağırır”, “Mədəniyyət və silahlı qüvvələr” və “Əsgər salamı” adlı  məruzələr iştirakçılar tərəfindən maraqla dinlənilib. Gədəbəy Aşıq musiqisi məktəbinin şagirdlərinin ifaları qonaqlarda xoş ovqat yaradıb.

 

 Sonra sərgiyə baxış  keçirilib.  Ən yaxşı əsərlərin müəlliflərinə hədiyyələr verilib.

 

 

  Sifai SƏFƏROVA