22 oktyabr 2019-cu il tarixində Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu və AMEA Hüseyn Cavidin Ev Muzeyinin birgə təşkilatçılığı ilə Ərtoğrol Cavidin 100 illik yubileyinə həsr olunan “Ərtoğrol Cavid - 100” mövzusunda respublika elmi konfransı keçiriləcək.
Konfransda elmi məruzə ilə iştirak etmək istəyən tədqiqatçılar 15 sentyabr 2019-cu il tarixinədək məruzələrinin tam mətnlərini huseinjavid@gmail.com elektron ünvanına göndərə bilərlər (ünvan: Bakı ş., İstiqlaliyyət küçəsi, 26. tel.: (+994 12) 492 06 57)
Məruzələrin tərtibinə dair tələblər:
- Kağızın formatı - A4, Word redaktorunda;
- məruzənin başlığı Times New Roman, 14 Pt, tünd, ortada olmalıdır;
- müəllifin adı, soyadı, elmi dərəcəsi (varsa), işlədiyi (oxuduğu) müəssisənin adı, elektron ünvanı açıq şəkildə, Times New Roman, 12 Pt, normal, ortadan yazılmalıdır;
- Həcmi - 5 səhifədən çox olmamalıdır;
- Şrift - Times New Roman 12; sətirlərarası interval - 1,5;
- İstinadlar - avtomatik, səhifənin sonunda (şrift - Times New Roman 10);
- məruzənin sonunda xülasə ingilis dilində 2-4 cümlə.
Qeyd edək ki, konfransdan sonra məruzələr toplusunun nəşri nəzərdə tutulur.