XV Avropa Gənclər Yay Olimpiya Festivalında sərbəst güləş üzrə 45 kiloqram çəki dərəcəsində olan Azərbaycan güləşçisi Murad Haqverdiyev qızıl medal qazanıb. 

 

Onun rəqibləri arasında ən çətini həlledici görüşdə qarşılaşdığı gürcüstanlı Nikolozi Santeladze  olub.

 

Ötən ay Murad İtaliyada yeniyetmə güləşçilər arasında keçirilən Avropa çempionaında həmin idmançıya məğlub olaraq  gümüş medal qazanıb. Bu dəfə isə rəqibini məğlub edərək çempion olub. Gənc güləşçimiz qarşıdan gələn dünya çempionatında da  çempion olacağını Azərbaycanın bayrağını zirvələrə qaldıracağını deyib.

 

Qeyd edək ki, bu, Azərbaycanın aktivina yazılan sayca ikinci qızıl medal olub. İlk qızıl medalını Azərbaycanın yunan-Roma güləşçisi Fərid Sadıqlı qazanıb.

 

45 kiloqram çəki dərəcəsində yarışın finalında türkiyəli Umut Çobana böyük hesabla qalib gələn gənc pəhləvanımız XV Avropa Gənclər Yay Olimpiya Festivalının çempionu olub.