Webometrics reytinq agentliyinin iyul ayında açıqladığı “Şəffaflıq Reytinqi -Google akademik istinadlarına görə ən yaxşı universitetlər” (TRANSPARENT RANKING: Top Universities by Google Scholar Citations in Top Google Scholar Profile) reytinqində UNEC Azərbaycanda lider olub. Bu barədə UNEC-dən verilən məlumatda bildirilir. Reytinqə görə, “Google Scholar” platformasında UNEC alimlərinin elmi məqalələrinə 1977 istinad edilib.
UNEC reytinqdəki mövqeyinə görə, “Dakota State University” , “Colorado State University Pueblo”, “Framingham State University” , “Lindenwood University”, “Nicholls State University” kimi Amerika və “University of London”, “University of Vechta”, “University of Suffolk”, “Turku University of Applied Sciences” və digər Avropa universitetlərini qabaqlayıb.