Azərbaycan Dövlət Aqrar Universitetində (ADAU) tədrisin və elmi-tədqiqat işlərinin keyfiyyətinin artırılması istiqamətində həyata keçirilən tədbirlər sırasında elmi-pedaqoji kadrların stimullaşdırılması mühüm yer tutur. Bu sahədə aparılan işlər nəticəsində universitetdə çalışan əməkdaşların əməkhaqları əhəmiyyətli dərəcədə artmışdır. Universitet Elmi Şurasının növbəti iclasında elmi-pedaqoji kadrların fəaliyyətinin stimullaşdırılması məqsədilə qərar qəbul olunub. Qərara əsasən, elmlər doktoru elmi dərəcəsi alan universitet əməkdaşlarına büdcədənkənar vəsait hesabına birdəfəlik 3000 , fəlsəfə doktorlarına isə 1000 manat məbləğində mükafat veriləcək.