Azərbaycan Dillər Universitetində (ADU) universitetin İspan dili mərkəzinin təşkilatçılığı ilə Azərbaycanda təşkil olunan ilk Latın Amerikası Film Festivalı çərçivəsində Kosta Rika istehsalı olan “Qayıdış” filmi nümayiş olunub.

 

Nümayişdən öncə çıxış edən ADU rektorunun məsləhətçisi Anar Osmanlı və Kosta Rikanın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Xayro Fransisko Lopez Volanyos iki ölkə arasındakı əlaqələrdən danışıb və film festivalı haqqında fikirlərini söyləyiblər.

 

Qeyd edək ki, Latın Amerikası mədəniyyətini və ənənələrini təşviq etmək üçün Argentina, Braziliya, Kolumbiya, Kosta Rika, Kuba, Peru və Meksikanın Azərbaycanda yerləşən diplomatik nümayəndəliklərinin birgə səyi əsasında Bakıda aprelin 16-dan 19-na kimi ilk Latın Amerikası Film Festivalı təşkil olunub.  Festival çərçivəsində ADU-da aprelin 18-də Kuba istehsalı olan “Davranış”, aprelin 19-da isə Meksika istehsalı olan “Təlimatlar qəbul edilmir” və Peru istehsalı olan “Qədim dostlar” filmləri nümayiş olunacaq.

 

Azərbaycan Dillər Universitetinin, “Landmark” və “Park Cinema Flame Towers” otellərinin əməkdaşlığı ilə baş tutan festivalın ilk buraxılışında nümayiş olunacaq 7 film sayəsində Azərbaycan ictimaiyyəti həmin ölkələrin mədəniyyəti, həyat tərzi və adət-ənənələri ilə daha yaxından tanış olacaq.