IX sinif şagirdi Emin Rzazadənin esselərdən ibarət ilk kitabı işıq üzü görüb
Abşeron rayon Xırdalan şəhər 3 nömrəli tam orta məktəbin IX sinif şagirdi Emin Rzazadənin “Bir gəncin düşünçələri” adlı esselərdən ibarət ilk kitabı işıq üzü görüb.
Rayon təhsil şöbəsinin ictimaiyyətlə əlaqələr üzrə məsul şəxsi Aysel Tahirovanın verdiyi məlumata görə, təhsil şöbəsinin müdiri Nazilə Məmmədova Emini kitabının təqdimatı münasibətilə təbrik edib, ona gələcək fəaliyyətində uğurlar arzulayıb.
Azərbaycan Yazıçılar Birliyinin Abşeron bölməsinin sədri Şəhla Ağbulud Eminin 40 səhifəlik kitabında milli-mənəvi dəyərlərimizə hörmət, vətənə bağlılıq, xalqa sevgi və dövlətçiliyimizə ehtiram, işıqlı gələcəyimizə inam ruhu olduğunu vurğulayıb.
Şakir CƏFƏROV