Naxçıvan Müəllimlər İnstitutunda  (NMİ) “X-XI siniflərdə riyaziyyat kurikulumlarının məqsəd və vəzifələri“ mövzusuna həsr olunmuş elmi-praktik konfrans keçirilib. Konfransda tam orta təhsil pilləsinin X-XI siniflərində riyaziyyat fənnini tədris edən bir qrup müəllim, Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin nümayəndələri və NMİ-nin professor-müəllim heyəti iştirak edib.

 

İnstitutun prorektoru Azad Novruzov Naxçıvan Muxtar Respublikasında fəaliyyət göstərən ümumtəhsil məktəbləri ilə əməkdaşlıq, ümumtəhsil məktəblərində kurikulumların tətbiqi məsələlərinə toxunub.

 

NMİ-nin Riyaziyyat və tədrisi metodikası kafedrasının dosenti Abdulla Həsənov “X-XI sinif riyaziyyat fənninin tədrisinə dair” və həmin kafedranın  müəllimi  Vüqar Həmizəyev  “X-XI sinif riyaziyyat fənninin tədrisində İKT-dən istifadə” mövzularında çıxışlar ediblər.

 

“Riyaziyyat və tədrisi metodikası” kafedrasının professoru Yaqub Məmmədov  “Riyaziyyat kurikulumları və orta umumtəhsil məktəblərində onun tətbiqi yolları” movzusu  ətrafında öz tövsiyələrini verib.

 

Elmi-praktik konfransda, həmçinin orta umumtəhsil məktəblərində riyaziyyat fənnini tədris edən bir neçə müəllim “Müasir kurikulumlar və onların tədris prosesində əhəmiyyəti və qarşıya çıxan problemlər” ətrafında fikir mübadiləsi aparıblar.

 

Sonda Naxçıvan şəhər Təhsil şöbəsinin  nümayəndəsi Sabir Məmmədov keçirilən konfransın əhəmiyyətindən danışaraq vurğulayıb ki, NMİ ilə Naxçıvan Təhsil Nazirliyinin birgə əməkdaşlığı ilə təşkil olunan bu cür tədbirlər müəllimlərin maariflənməsinə və müasir təlim metodlarının ümumtəhsil məktəblərində tətbiqinə öz müsbət təsirini göstərməkdədir.