Amerikalı alim öz tövsiyələrini bölüşür
İmtahanlar həyatımızın mühüm hissəsidir. Görünür ki, tezliklə artıq uşaq bağçasına daxil olma vaxtı da imtahan vermək lazım olacaq. Əgər siz nəyə qadir olduğunuzu, bilik və qabiliyyətlərinizi həlledici testlər verərkən göstərə bilirsinizsə, onda bəxtiniz gətirib. Əgər yoxdursa - ümidinizi itirməyin, əksəriyyətimiz belədir. Ağır vəziyyətlərdə beyinin işinin tədqiqatları sahəsində tanınmış dünya eksperti Sayen Beylok neyroelm nöqteyi-nəzərindən stresdən danışır və öz məsləhətlərini bölüşür. Alim öz fikirlərini “Həqiqət anı” adlı yeni kitabında dərc etdirib. Streslə yüklənmə şəraitində beyin necə işləyir, insanı nələrə vadar edir? İmtahan ərəfəsindəki vəziyyət “Stresin doğurduğu psixoloji kəsilmə” ifadəsi ilə əks olunur və bu, insanların həlledici anlarda öz imkanlarını tam nümayiş etdirə bilmədikləri situasiyaların təsviri üçün istifadə edilir.
Testlər və onların öhdəsindən necə gəlmək olar...
Çoxları iddia edir ki, ciddi testlər qabiliyyətlərin elə bir ölçüsüdür ki, onun vasitəsi ilə istedadları tapmaq olar. Bəs, biz həmişə dəqiq müəyyənləşdirmək istəmirikmi, kimlər stres şəraitində daha bacarıqlıdır? Amma əgər stres vəziyyətləri müxtəlif insanlara müxtəlif cür təsir edirsə və stresin dəf edilməsinə hazırlığın mümkünlüyü hamıda eyni deyilsə, onda belə bir təhlükə var ki, istedadlı və bacarıqlı insanlar öz şanslarını tam göstərmək imkanı əldə etməyə də bilərlər.
Bunun üçün nə etmək lazımdır? Yollardan biri - testlərin cansıxıcı sırınma mədəniyyəti ilə mübarizədir. Bu haqda artıq təhsil sahəsinin idarəediciləri, müəllimlər, psixoloqlar müntəzəm danışırlar.
Stres şəraitində standartlaşdırılmış testlərin təşkil olunma sistemi öz-özlüyündə problemləri yaradır. Stres yüklənməsi ən bacarıqlı tələbələri tez-tez aşağı “çəkir”. Çoxları qiymətləndirmələrimizdə bizi dəstəkləyirlər, onlar standartlaşdırılmış testlərin bir çoxlarının potensial imkanlarını dəqiq əks etdirmədiyini bildirirlər. Bu isə xüsusilə həyəcanverici məqamdır.
Beləliklə, stres vəziyyətlərində maksimal nəticələrin əldə olunması üçün məsləhətlər:
Özünüzə qiymət verin
Əhəmiyyətli imtahandan və ya çıxışdan əvvəl öz maraqlarınızı və məşğuliyyətlərinizi kağız üzərində ifadə etmək üçün bir neçə dəqiqə vaxt ayırın. Yazılış prosesində siz özünəqiyməti möhkəmlədəcəksiniz. Bu, sizin öz şəxsi gücünüzə və müvəffəqiyyət əldə etməyinizə əminliyinizi gücləndirə bilər.
Özünüzün çoxşaxəliliyinizi təsdiq edən faktları kağızda ifadə edin. Vacib imtahana getməzdən əvvəl, öz şəxsi qabiliyyətləriniz və istedadınızın siyahısının tərtib edilməsinə beş dəqiqə xərcləyin. Bu, sizə özünüz üçün qeyd etməyə imkan verəcək ki, qarşıdakı imtahan və ya test hələ sizin bütün imkanlarınızı müəyyən etmir. Bu, streslə yüklənməni yüngülləşdirməyə kömək edəcək.
Öz həyəcan və qorxularınızı sadalayın
Testdən və ya hər hansı çıxışdan əvvəl, həmçinin qarşıdakı sınaqla əlaqədar öz həyəcanlarınızı kağızda ifadə etmək üçün 10 dəqiqə vaxt ayırın. Bu, şübhələrin və həyəcanların yükünü azaltmalıdır, hansılar ki, stres vəziyyətləri ilə bağlıdır. Gərginliyi azaltmaq və həyəcanı aradan qaldırmaq üçün bir az meditasiya edin. Öz beyininizi problemlərdə ilişib qalmağı öyrəşdirməyin, kənarlaşdırmaq üçün onları dəqiq müəyyənləşdirin. Burada meditasiya effektivdir. O sizə qarşınızda duran məsələləri həll etmək üçün bütün intellektual enerjinizi toplamağa kömək edəcək.
Mövcud stereotiplərin əksinə düşünün
Müvəffəqiyyət qazanacağınızı qabaqcadan müəyyən edə biləcək keyfiyyətləriniz haqqında düşünün. Məsələn, özünüzün hər hansı sahədə, deyək ki, riyaziyyat sahəsində uğursuz hesab olunan qrupa aid olmağınızı düşünmək əvəzinə, nailiyyətlərinizi yadınıza salın. Ola bilər, siz nüfuzlu universitetdə oxuyursunuz və ya məktəbdə yaxşı davamiyyətinizlə digərlərindən fərqlənibsiniz. Qarşıdakı sınaqda müvəffəqiyyətə nail olmaq üçün özünüzün güclü tərəfləriniz haqqında düşünün.
Özünüzün fizioloji reaksiyalarınıza yenidən qiymət verin
Əgər gərgin anda sizin ovuclarınız yapışqan kimi olubsa, ürəyiniz yüksək tezliklə vurmağa başlayıbsa, xatırlayın ki, həmin fizioloji reaksiyalar sizdə xoş dəqiqələrdə də yaranır. Məsələn, nə vaxt ki, siz öz sevgilinizlə görüşürsünüz. Əgər siz stres şəraitində öz fizioloji reaksiyalarınıza neqativlik (“Mən batdım...”) deyil, pozitivlik verməyi öyrənəcəksinizsə (“Mənim orqanizmim bu testdə müvəffəqiyyətə köklənib!”), o zaman bədəniniz stres-amillərlə mübarizədə sizin müttəfiqiniz olacaq.
Tapşırığa başlamazdan əvvəl fasilə edin
Bəzən işçi yaddaşın resurslarının kifayət qədər sərf olunmasını tələb edən çətin məsələnin həllindən əvvəl bir neçə addım geri çəkilmək optimal cavabın tapılması üçün çox faydalıdır. Bəzi “inkubasiya dövrü” sizə əhəmiyyətsiz detallara diqqət yönəltməyinizdən azad olmağa və yeni üsulda məsələyə baxmağa kömək edə bilər. Mümkündür ki, sizə ilham gələcək və müvəffəqiyyət qazanacaqsınız.
Öz həyəcanlarınıza intellektlə üstün gəlməyə çalışın
Tələbələrə imtahandan əvvəl “Qızlar riyaziyyatda bacarıqlı deyil” və ya “Ağdərililər riyaziyyatda daha az bacarıqlıdır, nəinki asiyalılar” kimi stereotipləri xatırlatmaq qeyri-peşəkar fikirdir, lakin imtahanlardan əvvəl tələbələrə həyəcanın öhdəsindən gəlməyə kömək etmək üçün kifayətdir. Elə görünə bilər ki, belə bir xatırlatma daha çox mənfi effekt yarada bilər, nəinki müsbət. Amma bu, belə deyil. Tələbələrə həyəcanlarının səbəbini izah etməklə biz onlara imtahanların nəticəsinin birmənalı olaraq onların intellektual potensialını müəyyən edəcəyi hissindən qurtulmağa kömək edirik.
Stres yüklənməsini təqlid etməklə məşq edin
“Yalnız uzunsürən təlim əsl bacarığı verir” kimi köhnə kəlam ədalətlidir, lakin müəyyən şərtlər daxilində. Bacarıqlarınızın maksimum dərəcədə sınağının aparılacağı şəraitdə oxumaq lazımdır. İmtahanlara uyğun olaraq bu, məhdudlaşdırılmış vaxt və heç bir köməyin olmadığı şəraitdə olan bir işdir. Psixoloji tədqiqatlara dair məlumatlar onu göstərir ki, keçilmiş materialda özünü sınama sizə onu daha yaxşı mənimsəməyə və daha uzun müddətə yadda saxlamağa imkan verir. Sonda, imtahanlarda sizin biliklərinizi qiymətləndirəcəklər. Buna görə bu cür yoxlamalarla sərbəst iş gedişində alışmağa çalışın.
Artıq yüklənmədən beyninizi azad edin
Kağızda təklif edilmiş məsələnin həlli üzrə aralıq hərəkətlərinizi yazın. Hər şeyi beyninizdə saxlamayın. Kağız sizin üçün informasiyanın daha bir müstəqil yığıcısı olacaq, həm də elə bir mənbə ki, baş beyinin ön qabığından fərqli olaraq həyəcan və təlaşların təsirinə meyilli deyil. Nəticədə sizin test gedişində hansısa zəruri nüansları unutmağınız və ya qarışdırmaq ehtimalı azalacaq.
Öz biliklərinizi strukturlaşdırın
Əgər vacib imtahandan və ya çıxışdan əvvəl informasiyanın strukturlaşdırılmasının ağıllı üsullarına nail ola bilsəniz, onda siz öz işçi yaddaşınızı boşaldacaq və orada hansısa daha çox əhəmiyyətliləri saxlamağa kömək edəcəksiniz.
Oruc MUSTAFAYEV