Ən yaxşı tələbələr niyə sadə testlərdə səhvlər buraxırlar?

İmtahanlar  həyatımızın mühüm hissəsidir. Görünür ki, tezliklə artıq uşaq bağçasına daxil olma vaxtı da imtahan vermək lazım olacaq. Əgər siz  nəyə qadir olduğunuzu,   bilik və qabiliyyətlərinizi   həlledici testlər verərkən  göstərə bilirsinizsə,  onda bəxtiniz gətirib.  Əgər yoxdursa - ümidinizi  itirməyin,   əksəriyyətimiz belədir.   Ağır vəziyyətlərdə beyinin işinin tədqiqatları sahəsində tanınmış  dünya eksperti  Sayen Beylok neyroelm nöqteyi-nəzərindən stresdən danışır və öz məsləhətlərini bölüşür.  Alim öz fikirlərini  “Həqiqət anı” adlı yeni kitabında  dərc etdirib.  Streslə yüklənmə şəraitində beyin necə işləyir,  insanı nələrə vadar edir? İmtahan ərəfəsindəki vəziyyət “Stresin doğurduğu psixoloji kəsilmə”  ifadəsi  ilə əks olunur və bu,  insanların həlledici anlarda  öz imkanlarını tam nümayiş etdirə bilmədikləri situasiyaların  təsviri üçün istifadə edilir.

 

 

Testlər və onların öhdəsindən necə gəlmək olar...

 

 

Çoxları iddia edir  ki, ciddi testlər qabiliyyətlərin elə bir ölçüsüdür ki, onun vasitəsi ilə istedadları tapmaq olar. Bəs, biz həmişə dəqiq müəyyənləşdirmək istəmirikmi, kimlər stres şəraitində daha bacarıqlıdır? Amma əgər stres vəziyyətləri  müxtəlif insanlara  müxtəlif  cür təsir edirsə və stresin dəf edilməsinə hazırlığın mümkünlüyü hamıda eyni deyilsə, onda belə  bir təhlükə var ki,  istedadlı və bacarıqlı insanlar öz şanslarını tam göstərmək imkanı əldə etməyə də bilərlər. 

 

Bunun üçün nə etmək lazımdır? Yollardan biri - testlərin cansıxıcı sırınma mədəniyyəti ilə  mübarizədir. Bu haqda artıq təhsil sahəsinin idarəediciləri,  müəllimlər, psixoloqlar müntəzəm  danışırlar.  

 

Stres şəraitində  standartlaşdırılmış testlərin təşkil olunma sistemi öz-özlüyündə problemləri yaradır. Stres yüklənməsi  ən bacarıqlı tələbələri tez-tez aşağı  “çəkir”.  Çoxları qiymətləndirmələrimizdə  bizi dəstəkləyirlər,  onlar standartlaşdırılmış testlərin   bir çoxlarının potensial imkanlarını dəqiq əks etdirmədiyini bildirirlər. Bu isə xüsusilə həyəcanverici məqamdır.

 

Beləliklə, stres vəziyyətlərində maksimal nəticələrin əldə olunması  üçün məsləhətlər:

 

 

Özünüzə qiymət verin

 

 

Əhəmiyyətli imtahandan və ya çıxışdan əvvəl öz  maraqlarınızı və məşğuliyyətlərinizi kağız üzərində  ifadə etmək üçün bir neçə dəqiqə vaxt ayırın.  Yazılış prosesində siz özünəqiyməti möhkəmlədəcəksiniz.  Bu, sizin öz  şəxsi gücünüzə  və müvəffəqiyyət əldə etməyinizə əminliyinizi  gücləndirə bilər.

 

Özünüzün çoxşaxəliliyinizi təsdiq edən faktları kağızda  ifadə edin.  Vacib imtahana getməzdən əvvəl, öz şəxsi  qabiliyyətləriniz və istedadınızın  siyahısının tərtib edilməsinə beş dəqiqə xərcləyin.  Bu, sizə özünüz üçün qeyd etməyə imkan verəcək ki,  qarşıdakı imtahan və ya test hələ  sizin bütün imkanlarınızı müəyyən etmir. Bu, streslə yüklənməni yüngülləşdirməyə kömək edəcək.

 

 

Öz həyəcan və qorxularınızı sadalayın

 

 

Testdən və ya hər hansı  çıxışdan əvvəl, həmçinin qarşıdakı sınaqla əlaqədar öz həyəcanlarınızı  kağızda ifadə etmək üçün  10 dəqiqə vaxt ayırın.  Bu,  şübhələrin və həyəcanların yükünü azaltmalıdır, hansılar ki, stres vəziyyətləri ilə  bağlıdır.  Gərginliyi azaltmaq və həyəcanı aradan qaldırmaq üçün bir az  meditasiya edin. Öz beyininizi problemlərdə ilişib qalmağı  öyrəşdirməyin,  kənarlaşdırmaq üçün onları dəqiq müəyyənləşdirin.  Burada meditasiya effektivdir.  O sizə  qarşınızda duran məsələləri həll etmək üçün  bütün intellektual enerjinizi  toplamağa  kömək edəcək.

 

 

Mövcud stereotiplərin əksinə düşünün

 

 

Müvəffəqiyyət  qazanacağınızı qabaqcadan müəyyən edə biləcək keyfiyyətləriniz haqqında düşünün.  Məsələn,  özünüzün hər hansı sahədə, deyək ki, riyaziyyat sahəsində uğursuz hesab olunan qrupa aid olmağınızı düşünmək əvəzinə,  nailiyyətlərinizi yadınıza salın.  Ola bilər,  siz nüfuzlu universitetdə oxuyursunuz və ya məktəbdə yaxşı davamiyyətinizlə digərlərindən fərqlənibsiniz. Qarşıdakı sınaqda müvəffəqiyyətə nail olmaq üçün özünüzün güclü tərəfləriniz haqqında düşünün.

 

 

Özünüzün fizioloji reaksiyalarınıza yenidən qiymət verin

 

 

Əgər gərgin anda sizin ovuclarınız yapışqan kimi olubsa, ürəyiniz yüksək tezliklə vurmağa başlayıbsa,  xatırlayın ki, həmin fizioloji reaksiyalar sizdə  xoş dəqiqələrdə də yaranır.  Məsələn, nə vaxt ki, siz öz sevgilinizlə görüşürsünüz.    Əgər siz stres şəraitində öz fizioloji reaksiyalarınıza neqativlik  (“Mən batdım...”)  deyil, pozitivlik  verməyi öyrənəcəksinizsə (“Mənim orqanizmim bu testdə müvəffəqiyyətə köklənib!”),  o zaman  bədəniniz  stres-amillərlə mübarizədə sizin müttəfiqiniz olacaq.

 

 

Tapşırığa başlamazdan əvvəl  fasilə edin

 

 

Bəzən işçi yaddaşın resurslarının kifayət qədər sərf olunmasını tələb edən  çətin məsələnin həllindən  əvvəl  bir neçə  addım  geri çəkilmək optimal cavabın tapılması üçün çox faydalıdır.  Bəzi “inkubasiya dövrü” sizə əhəmiyyətsiz detallara diqqət  yönəltməyinizdən  azad olmağa və yeni üsulda məsələyə baxmağa kömək edə bilər. Mümkündür ki, sizə ilham gələcək və  müvəffəqiyyət qazanacaqsınız.

 

 

Öz həyəcanlarınıza intellektlə üstün gəlməyə çalışın

 

 

Tələbələrə  imtahandan əvvəl  “Qızlar riyaziyyatda bacarıqlı deyil” və ya “Ağdərililər riyaziyyatda daha az bacarıqlıdır, nəinki asiyalılar”  kimi stereotipləri xatırlatmaq qeyri-peşəkar fikirdir, lakin  imtahanlardan əvvəl tələbələrə həyəcanın öhdəsindən gəlməyə kömək etmək üçün kifayətdir.  Elə görünə bilər ki, belə bir xatırlatma daha çox mənfi effekt yarada bilər, nəinki müsbət. Amma bu, belə deyil.  Tələbələrə həyəcanlarının səbəbini izah etməklə biz onlara imtahanların nəticəsinin  birmənalı olaraq onların intellektual potensialını müəyyən edəcəyi hissindən  qurtulmağa kömək edirik.

 

 

Stres yüklənməsini təqlid etməklə məşq edin

 

 

“Yalnız uzunsürən təlim əsl  bacarığı verir”  kimi köhnə kəlam ədalətlidir, lakin müəyyən  şərtlər daxilində.  Bacarıqlarınızın maksimum dərəcədə sınağının aparılacağı şəraitdə oxumaq lazımdır.   İmtahanlara uyğun olaraq bu, məhdudlaşdırılmış vaxt və heç bir köməyin olmadığı şəraitdə olan bir  işdir. Psixoloji tədqiqatlara dair məlumatlar onu göstərir ki, keçilmiş materialda özünü sınama sizə onu  daha yaxşı mənimsəməyə   və daha  uzun müddətə yadda saxlamağa imkan verir. Sonda, imtahanlarda sizin biliklərinizi qiymətləndirəcəklər. Buna görə bu cür  yoxlamalarla sərbəst iş gedişində alışmağa çalışın.

 

 

Artıq yüklənmədən beyninizi azad edin

 

 

Kağızda təklif edilmiş məsələnin həlli  üzrə aralıq hərəkətlərinizi yazın. Hər şeyi beyninizdə saxlamayın. Kağız sizin üçün informasiyanın daha bir müstəqil yığıcısı olacaq, həm də elə bir mənbə ki,  baş beyinin ön  qabığından fərqli olaraq   həyəcan və təlaşların təsirinə meyilli deyil.  Nəticədə  sizin  test gedişində hansısa  zəruri nüansları  unutmağınız və ya qarışdırmaq ehtimalı  azalacaq. 

 

 

Öz biliklərinizi strukturlaşdırın

 

 

Əgər  vacib  imtahandan və ya çıxışdan əvvəl informasiyanın strukturlaşdırılmasının  ağıllı  üsullarına nail ola bilsəniz, onda siz öz işçi yaddaşınızı boşaldacaq və orada hansısa  daha çox əhəmiyyətliləri  saxlamağa kömək edəcəksiniz.

 

 

Oruc MUSTAFAYEV



28.06.2019 | 12:44