Lənkəran Peşə Liseyinin “Gənc Texniklər Qrupu” yeni sosial layihəyə imza ataraq velotrenajor adlı qurğu hazırlayıblar. Belə ki, tədris ili ərzində müxtəlif sahələrdə biznes və sosial layihələrin təqdimatını həyata keçirən tələbələr bu dəfə liseyin müəllimi Etibar Nəhmətlinin rəhbərliyi ilə fiziki enerjini elektrik enerjisinə çevirən qurğu təqdim ediblər.

 

Tələbələrin ərsəyə gətirdiyi velotrenajorda fiziki hərəkət vasitəsilə birbaşa elektrik enerjisi almaq və avtomobil akkumulyatorunu enerji ilə doldurmaq mümkündür. Liseydən bildiriblər ki, qurğu vasitəsilə akkumulyator 220-250 volt cərəyan verir.

 

Bu qurğuların daha təkmil formalarını şəhərin müxtəlif yerlərində qurmaqla həm vətəndaşlar asudə vaxtlarında məşq edə bilər, həm də onların fiziki hərəkəti nəticəsində iri akkumulyatorlara enerji vermək olar. Bu alternativ enerji ilə şəhər və parkları işıqlandırmaq da mümkündür.

 

 

Sifai SƏFƏROVA