Təhsil İşçilərinin Peşəkar İnkişafı İnstitutunun (TİPİİ) təşkilatçılığı ilə Zaqatalada “Refleksiv müəllim” seminarı keçirilib.

 

Seminarın təşkili dərslərin daha səmərəli planlaşdırılması, keçirilməsi və qiymətləndirilməsi ilə bağlı müəllimlərə dəstək məqsədi daşıyır.

 

Rayonda məktəbəhazırlıq qruplarında işləyən ümumilikdə 121 ibtidai sinif müəllimi seminara qatılıb. 

 

Seminarın ənənəsinə uyğun olaraq əvvəlcə bir qrup müəllimin təqdimatı dinlənilib və müzakirə edilib.

 

Seminar müəllimlər tərəfindən seçilmiş iş üsullarının mövzuya, şagirdlərin yaş səviyyəsinə uyğunluğunun müzakirəsi ilə davam etdirilib.

 

Sonda təqdimatla çıxış edən müəllimlərə TİPİİ-nin korporativ hədiyyələri təqdim edilib.