“Vətən” Respublika İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər Futbol Məktəbinin 12 yaşlılardan ibarət yığma komandası “İzmir Cup 2018” beynəlxalq turnirdə iştirak edib. Türkiyənin “Altın Ordu” futbol klubunun Quşadasındakı idman bazasında keçirilən turnirdə 21 ölkədən 56 komanda - “Mançester Siti”, “Atletic Bilbao”, “Sampdoriya”, “Portu”, “Benfika”, “Anderlext”, “PSV Eindhoven”, “AZ Alkmaar”, “Tvente”, “Dinamo Zaqreb”, “Krasnodar”, “Qalatasaray”, “Fənərbaxça”, “Beşiktaş”, “Trabzonspor” kimi böyük klubların akademiyaları təmsil olunub.
“Vətən” futbol məktəbinin yetirmələri qrup mərhələsində keçirdiyi oyunların nəticəsinə görə, aktivində 13 xal toplayaraq qrup 2-si kimi turnirin elit 32-nə daxil olub. Növbəti mərhələdə “Mançester Siti”, “Dinamo Zaqreb”, “Fənərbaxça” və digər komandalarla keçirdiyi görüşlərin nəticəsinə əsasən, turnirin ümumi sıralamasında 56 komanda arasında 23-cü yerdə olub.