İyunun 8-də Zaqatala şəhəri 1 nömrəli tam orta məktəbdə “Azərbaycan dili” və “Azərbaycan tarixi” fənlərinin tədrisi metodikasının müasir tələblərə uyğun təkmilləşdirilməsi” mövzusunda zona müşavirəsi təşkil edilib.
Zona müşavirəsində Təhsil Nazirliyinin Ümumi və məktəbəqədər təhsil şöbəsinin müdiri Aydın Əhmədov, Zaqatala Rayonu İcra Hakimiyyətinin başçısı Mübariz Əhmədzadə, Təhsil İnstitutunun məsul əməkdaşları, Zaqatala, Balakən və Qax rayonlarının təhsil işçiləri – metodistlər, məktəb direktorları, müəllimlər və digər şəxslər iştirak edib.
Müşavirə iştirakçıları əvvəlcə Zaqatala rayonunun ümumtəhsil məktəbləri şagirdlərinin əl işlərindən ibarət sərgi ilə tanış olublar.
Sonra tədbir iştirakçıları tərəfindən rayonun müxtəlif məktəblərindən olan 25 müəllimin nümunəvi dərsi dinlənilib.
Tədbirin ikinci hissəsində dinlənilmiş dərslər müzakirə olunub, problemlər və onların həlli yolları diqqətə çatdırılıb, rəy və təkliflər dinlənilib. Fənlərin tədrisi metodikasının təkmilləşdirilməsi, fənlər üzrə şagirdlərin təlim naliyyətlərinin yaxşılaşdırılması üçün bir sıra tapşırıqlar verilib.