Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Riyaziyyat və Mexanika İnstitutunun "Qeyri-harmonik analiz" şöbəsinin müdiri, AMEA-nın müxbir üzvü, professor Bilal Bilalovun müəllifi olduğu məqalə, "Clarivate Analytics" beynəlxalq bazasında referatlaşdırılmış "Siberian Mathematical Journal" 0.62 yüksək impakt faktorlu jurnalda dərc edilib (https://link.springer.com/journal/11202).
"Morri tip fəzalarda həyəcanlanmış eksponent sistemin bazisliyi" (https://link.springer.com/article/10.1134/S003744661902006X) adlı məqalədə müəyyən kompleks parametr olduqda həyəcanlanmış eksponent sistemindən bəhs olunub. Bu sistemin Morri tip fəzalarda bazislik xassələrinin öyrənilməsi üçün sərhəd məsələsi metodu işlənilib və parametrinə nəzərən meyarların alınıb. Vurğulanıb ki, Morri fəzasında bazislik meyarıLebeq fəzasında bazislik meyarından fərqlidir.