Çexiya Respublikasının Bakıdakı səfirliyinin missiya rəhbərinin müavini Daniel Putik Lənkəran Dövlət Universitetində (LDU) olub.


Bu ali  ali təhsil ocağına ikinci dəfə  səfər edən qonaqlara universitet  barədə ətraflı məlumat verən professor Natiq İbrahimov Azərbaycan təhsilinin Avropaya inteqrasiyası istiqamətində görülən işlərdən, gələcək prespektivlərdən, qarşıya qoyulan hədəflərdən danışıb. Universitet rəsmisi ekologiya və aqrar yönümlü fakültələrin işindən, mütəxəssislərin hazırlanması istiqamətlərində olan yeniliklərdən söz açıb, bu sahədə  xarici ölkə universitetlərinin qabaqcıl təcrübəsindən yararlandıqlarını qeyd edib. Praktik vərdişlərin aşılanmasında böyük rol oynayan  modern laboratoriyaların xaricdən gətirilərək  universitetdə quraşdırıldığını deyən N.İbrahimov meşəçilk, turizm və otelçilk ixtisalarında kadrların hazırlanması sahəsindəki son vəziyyətə də toxunub. O, Çexiya universitetləri ilə qarşılıqlı əməkdaşlığa  maraqlı olduqlarını fikirlərinə əlavə edərək tələbə-müəllim mübadiləsinin, birgə elmi konfransların keçirilməsinin, elmi tədqiqatların aparılmasının vacibliyini qeyd edib.

 

Görüşdə Çexiya universitetləri  ilə LDU arasında imzalanacaq əməkdaşlıq müqaviləsi,  Çexiya səfirliyinin Ekologiya Nazirliyi və Turizm  agentliyi ilə birgə həyata keçirəcəyi “ Turizm marşrutlarının markalanması” adlı layihədə LDU-nun iştirakı, həmçinin Avropa İttifaqının nümayəndə heyətinin təşəbbüsü ilə həyata keçirilən layihələrə universitet tələbələrinin də  cəlb edilməsi  məsələləri   müzakirə edilib.