Azərbaycan Texnologiya Universiteti (UTECA) Erasmus+ proqramı əlaqələrini gücləndirməkdədir. Bu çərçivədə daha bir avropalı alimin təlimlərinə start verilib. Polşanın Varşava Ekologiya və Menecment Universitetinin professoru, Keyfiyyətin təminatı və artırılması üzrə dekan müavini Boqdan Qorçitsa UTECA-da akademik mobillik proqramına dair təcrübələrini bölüşür.
5 gün davam edəcək təlimlər Data toplama üsulları, müsahibəyə hazırlıq və müsahibənin keçirilməsi, tədqiqat işinin yazılması, tədqiqat metodlarını əhatə edir.
Seminarlar praktik və nəzəri olmaqla iki mərhələli şəkildə həyata keçirilir.