ADPU-nun nəzdində Azərbaycan Dövlət Pedaqoji Kollecində Tədris-metodika kabinetinin müdiri , fəlsəfə doktoru Fərqanə Əliyeva və Pedaqogika-psixologiya fənn birləşməsinin müəllimi Kifayət Mənsimovanın birgə hazırladığı “Pedaqogikadan elektron resurs” metodik vəsaitinin təqdimatı keçirilib.
Təqdimatı giriş sözü ilə kollecin direktoru, dosent İsrayıl İsgəndərov açıb. O, metodik vəsaitin nəfis tərtibatlı, müasir dərsin tələblərinə uyğun, pedaqoji baxımdan dəyərli olduğunu bildirib.
Təqdimatda müəlliflər elektron vəsaiti nümayiş etdirərək nə məqsədlə hazırlandığını, pedaqoji kadrların hazırlanmasında əhəmiyyətli olduğunu qeyd ediblər.
Sonra kollecin müəllim heyəti və qonaqlar kitabın ərsəyə gəlməsinin ali və orta ixtisas təhsili müəssisələrinin müəllim və tələbələri üçün lazımlı, günün tələblərinə uyğun şəkildə olduğundan söz açıblar.
Tədbir diskussiya şəklində başa çatıb
Şakir CƏFƏROV