Ulu öndər Heydər Əliyevin anadan olmasınının 96-cı ildönümü və Naxçıvan Muxtar Respublikasının yaradılmasının 95 illik yubileyi ilə əlaqədar Bakı şəhəri 20 nömrəli məktəb-liseyin bir qrup müəllim və şagird heyəti Naxçıvanda ekskursiyada olublar.
Ekskursiya çərçivəsində qonaqlar Muxtar Respublikanın bir sıra muzey və səhiyyə müəsissələri ilə tanış olublar.
Ekskursiya çərçivəsində Naxçıvan Muxtar Respublikasının Təhsil naziri Rəhman Məmmədov və Gənclər və idman naziri Azad Cabbarov Bakı məktəbliləri ilə görüşüblər. Nazirlər ölkəmizdə gənclərə göstərilən diqqət və qayğıdan danışıblar.
Bakı məktəblilərinə müxtəlif hədiyyələr təqdim olunub.