Məktəblilərdən ibarət komandalar arasında növbəti intellektual teleoyunun nəticələri bəlli olub.


Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki 117, 207, 211 nömrəli tam orta məktəblərin və Bakı Türk Liseyinin (Türkiyə Dəyanət Vəqfi) şagirdlərindən ibarət komandalar “Hazırcavablar” intellektual teleoyununda iştirak edib. Məktəblilər “Dil və ədəbiyyat”, “Tarix”, “Coğrafiya”, “Məntiq” və digər bölmələr üzrə sualları cavablandırıblar. 

 

İntellektual teleoyunun nəticələrinə əsasən, 117 nömrəli tam orta məktəbin komandası qalib gəlib.

 

Qeyd edək ki, “Hazırcavablar” intellektual oyunu BŞTİ və AzTv-nin birgə layihəsidir. İntellektual oyun həftədə bir dəfə AzTv-də yayımlanır.

 

Layihənin əsas məqsədi məktəblilərin intellektual səviyyəsini, ayrı-ayrı fənlərə olan marağını və dünyagörüşünü artırmaq, onları ictimaiyyətə tanıtmaq, həmçinin, şagirdlərin asudə vaxtını səmərəli təşkil etməkdən ibarətdir. Şagirdlərə özünüifadə vərdişləri aşılamaq, onları yeni məlumatlar toplamaq üçün axtarışlara sövq etmək, məktəblilərin yaradıcı inkişafına təkan vermək və intellektual fəaliyyətə daha geniş miqyasda cəlb olunmasını təmin etmək də layihənin əsas hədəflərindəndir.