Naxçıvan Müəllimlər İnstitutunda təsviri incəsənət müəllimliyi ixtisası üzrə IV kurs tələbələrinin əsərlərindən ibarət sərgi təşkil olunub. Tədbiri giriş sözü ilə institutun rektoru Elbrus İsayev açaraq, sərgidə nümayiş etdirilən tələbələrin əl işləri haqqında və tələbələrin qazandığı uğurlardan söz açıb. Qeyd olunub ki, 2018-2019-cu tədris ilində İnstitutun rəssam tələbələri bir sıra müsabiqə və festivallarda uğurlu nəticələr göstərərək qalib olublar. Sərgidə təqdim olunan rəngarənglik və peşəkar işlərin çoxluğu İnstitutda rəssam tələbələrin təhsili üçün yaradılmış mükəmməl maddi-texniki baza nəticəsində mümkün olub. “Ebru”, “Heykəltaraşlıq”, “Rəsm” kabinələrində yaradılmış maddi-texniki və tədris imkanları bundan sonra daha peşəkar kadrların yetişməsinə öz töhvəsini verəcək. İncəsənət kafedrasının baş müəllimi, Naxçıvan Muxtar respublikasının Əməkdar rəssamı Həbibə Allahverdiyeva qeyd edib ki, sərgidə IV kurs tələbələrinin 70-dən artıq portret, mənzərə, qrafika janrlarında rəsm əsərləri və dekorativ tətbiqi sənəd nümunələri nümayiş olunur. Tələbələrdən Aysu Süleymanova, Səkinə Musayeva, Rəmzi Rzayev çıxış edərək, öz əl işləri barədə məlumat veriblər.
Avtorizasiya