Təhsil işçiləri arasında futbol idman növü üzrə keçirilən Bakı şəhər çempionatı başa çatıb.
Çempionatın nəticələrinə əsasən, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) futbol komandası III yeri tutub.
Final mərhələsində qarşılaşan “Nərimanov” I, “Binəqədi” isə II yerə layiq görülüb.
Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı (ATİAHİ) tərəfindən ilk 3 yeri tutan komandalar müvafiq qaydada mükafatlandırılacaqlar.
Qeyd edək ki, çempionat ATİAHİ və BŞTİ-nin birgə təşkilatçılığı ilə keçirilib.
Çempionatda paytaxtın təhsil işçiləri voleybol, stolüstü tennis, şahmat və dama idman növləri üzrə də özlərini sınayıblar.
Ənənəvi olaraq hər il keçirilən çempionatın əsas məqsədi təhsil işçilərinin idmana marağını daha da artırmaq, asudə vaxtlarını səmərəli təşkil etmək, sağlam və aktiv həyat tərzinin təbliği işini genişləndirməkdən ibarətdir.