Fövqəladə Hallar Nazirliyinin (FHN) Gəncə Regional Mərkəzinin əməkdaşları tərəfindən Azərbaycan Texnologiya Universitetində (ATU) “Əhalinin fövqəladə hallar zamanı mühafizəsinin təşkili” mövzusunda dərs keçirilib.
Nümunəvi dərsdə universitetin mülki müdafiə işlərinin məsul şəxsi çıxış edərək, təhsil ocağında mülki müdafiənin təşkili və idarəetmə orqanları barədə məlumat verib. Bundan başqa, “Əhalinin fövqəladə hallar zamanı mühafizəsinin təşkili” mövzusunda mühazirə oxunub, fotoslaydlar nümayiş olunub.
Sonra universitetin həyətində xüsusi xilasetmə alət və avadanlıqları təqdim edilib.
Müəllim və tələbələrin mövzu ilə bağlı sualları cavablandırılıb.
Sifai SƏFƏROVA