Aprelin 22-də təhsil naziri Ceyhun Bayramov İstanbul Texniki Universitetinin (İTU) rektoru Mehmet Karaca ilə görüşüb. Görüşdə, həmçinin İTU-nun rektor köməkçisi Lütfihak Alkpan və İTU-nun Memarlıq fakültəsinin dekanı Mehmet Murat Gül iştirak edib.
Görüşdə İTU ilə Azərbaycanın ali təhsil müəssisələri arasında ikitərəfli əməkdaşlıq məsələləri müzakirə edilib.