Naxçıvan Dövlət Universitetinin (NDU) Təbiətşünaslıq və kənd təsərrüfatı fakültəsində “Yer Kürəsi Günü” adlı elmi-praktik konfrans keçirilib.

 

Universitetin rektoru, AMEA-nın müxbir üzvü Saleh Məhərrəmov qeyd edib ki, "Yer Kürəsi Günü" ilk dəfə 1970-ci ildə keçirilib. 2009-cu ildə isə BMT-nin Baş Məclisi tərəfindən qəbul olunmuş qətnaməyə əsasən, beynəlxalq "Yer Kürəsi Günü" hər il 22 aprel tarixində qeyd olunur.

 

Coğrafiya üzrə fəlsəfə doktoru, dosent Əli Həsənov “Yer kürəsi günü”nün qeyd edilməsi və Yer kürəsinin inkişaf tarixi” mövzusunda çıxış edərək, hazırda 150-yə yaxın ölkədə, o cümlədən Azərbaycanda bu günün qeyd olunduğunu bildirib.  O nəzərə çatdırıb ki, “Beynəlxalq Yer günü” ərəfəsində insanlar müxtəlif ekoloji tədbirlərdə iştirak etməklə ağaclar əkir, yaşıllıqlara qulluq edir, yaşadıqları əraziləri müxtəlif tullantılardan təmizləyir. Ekoloqlar ətraf mühitin sağlamlaşdırılmasına yönələn kütləvi aksiyalar keçirməklə əhalini ətraf mühitin mühafizəsi sahəsində daha fəal olmağa çağırır. 

 

Coğrafiya müəllimliyi ixtisası üzrə IV kurs tələbələri Nərmin Nağıyeva “Naxçıvan Muxtar Respublikasında bitki örtüyünün mühafizəsi məsələləri” mövzusunda, Nazənin Abbasova isə “Naxçıvan Muxtar Respublikasında torpaq deqradasiyası və onun mühafizəsi məsələləri” mövzusunda çıxış ediblər.

 

Tədbirdə mövzu ilə bağlı videoçarx izlənildikdən sonra ağacəkmə aksiyasına start verilib.