Daşkəsən rayonunun Çovdar kəndində yerləşən Kəlbəcər 70 nömrəli tam orta məktəbinin müəllim və şagird heyəti ilə "AzerGold" QSC şirkəti görüş keçirib. Şirkətin Korporativ Sosial Məsuliyyət Komitəsi tərəfindən keçirilən tədbirdə  məktəb kitabxanasına kompüterlər, fasiləsiz internet xətti və digər ləvazimatlar hədiyyə  olunub. Sosial tədbirin fiziki qüsurlu uşaqlar da daxil olmaqla 50-yə yaxın şagirdin təhsil aldığı məktəbdə keçirilməsində əsas məqsəd  bölgələrin ucqar yerlərində yaşayan uşaqlara əlavə təhsil imkanları yaratmaqdan ibarətdir.

 

Sifai SƏFƏROVA