Azərbaycan Dövlət Aqrar Universitetinin tələbəsi Çinarə Nəsibova Almaniyada istixana təsərrüfatına lider seçilib. ADAU-nun mətbuat xidmətindən verilən məlumata görə, Ç.Nəsibova 2008-ci ildə universitetin İqtisadiyyat fakültəsinə qəbul olub və 2012-ci ildə həmin fakültəni bitirib. O, həmin il də magistrtaturaya qəbul edilib və hazırda doktoronturanın 4-cü ilindədir. Təhsil pillələrində uğurla irəliləyən, yüksək nəticələr əldə edən Çinarə 2018-ci ilin may ayında ADAU ilə Almaniya arasında bağlanan müqavilə əsasında PRAXX təcrübə proqramının tələblərinə uyğun Almaniyaya göndərilib, 6 ay təcrübə keçib. İşinin öhdəsindən layiqincə gəldiyinə görə onu daha 6 ay da bu təsərrüfatda saxlayıblar və onu burada istixana təsərrüfatına lider seçiblər. Azərbaycanlı, ADAU-nun yetirməsi Ç.Nəsibova xeyli vaxtdır sıradan təcrübəçi kimi deyil lider olaraq çalışır.

 

Onun vəfizəsinə Priva Climate Control(istixanaların elektron idarə edilməsi), daimi becərmə yolu ilə istixana əkinlərinin idarəsi,onun tabeliyində olan və mövsümi işçilərə rəhbərlik, istixanaların ümumi nəzarəti, bitki mühafizəsi və monitorinq, məhsulları müştərilərə satmaqla razılaşma,  istixana üçün əkinçilik planının yaradılması daxildir. Eyni zamanda iş proseslərinin nəzarətinə, daxili logistika proseslərinə, həmçinin iş zalı və istixanaların təmizliyinə də  məsuliyyət daşıyır.

 

Qablaşdırma materialının sifariş edilməsinə  nəzarət, mövcud fondun idarə edilməsi və yığılan məhsulların mümkün olduğu qədər ən sürətli formada satışının təşkili, işçilər və satış məhsulları ilə həyata keçirilən işlərin keyfiyyətinə nəzarət də məhz bu gənc kadra tapşırılıb.

 

ADAU-dan verilən məlumatda o da vurğulanır ki, bu gün universitetdə mükəmməl, bazar rəqabətli kadr hazırlığı üçün hər cür şərait var və bu şəraitdən bəhrələnən tələbələr artıq  seçidiyi ixtisasın tam sahibinə çevrilir.