Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) SABAH qruplarının müəllim və tələbələri, eləcə də ADNSU-nun müəllim və tələbə heyəti martın 22-dən 25-dək Çexiyanın paytaxtı Praqada Prague İnstitute for Qualification Enhancement – Praqa İxtisasartırma İnstitutunda beynəlxalq təlimlərdə iştirak ediblər. ADNSU ilə yanaşı daha bir ali məktəbin SABAH qrupunun müəllim və tələbələrinin iştirak etdiyi təlimlərin mövzusu tələbələr üçün “Akademik yazı”, müəllimlər üçün “Avropa Birliyi ölkələrində nəşriyyat fəaliyyəti: Scopus və BoC jurnallarında nəşrlərdə yeni trendlər və yeniliklər” olub.

 

Təlimlərdə ümumilikdə 8 müəllim və 21 tələbə iştirak edib. Təlimlərin sonunda ADNSU və Praqa İxtisasartırma İnstitutu arasında Memorandum imzalanıb,  müəllim və tələbələrə sertifikatlar təqdim edilib.

 

Proqram çərçivəsində iştirakçılar, həmçinin, Almanıyanın Drezden, Avstriyanın Vyana şəhərlərində olub,  tarixi və mədəni abidələri ziyarət ediblər.