ADAU-nun Aqrar iqtisadiyyat fakültəsinin "Maliyyə və iqtisadi nəzəriyyə" və "Aqrar sahənin iqtisadiyyatı" kafedrasının bir qrup professor, müəllim heyətinin iştirakı ilə Samux rayon Dövlət Aqrar İnkişaf Mərkəzində növbəti təlim təşkil edilib. Təlim zamanı torpaq mülkiyyətçilərinə "Aqrar sahədə sığorta fəaliyyətinin təkmilləşdirilməsi mexanizmi” mövzusunda bilgilər verilib.
Sonra sığorta, bitki mühafizəsi, heyvandarlıq üzrə təlimə cəlb edilən əməkdaşlar tərəfindən geniş fikir mübadiləsi aparılıb və iştirakçılar üçün maraq doğuran suallar cavablandırılıb.