Aprelin 8-də Şabran Rayon Təhsil Şöbəsi tərəfindən “Təbiəti və tullantıları xilas edək!” eko-müsabiqəsi çərçivəsində əl işlərinin yekun sərgisi təşkil olunub.

 

19 rayon ümumtəhsil məktəbinin iştirak etdiyi sərgidə məktəblilərin tullantılardan hazırladıqları əl işləri səgilənib.

 

Sərgini giriş sözü ilə açan rayon təhsil şöbəsinin aparıcı məsləhətçisi və ictimaiyyətlə əlaqələr üzrə məsul əməkdaşı Gülər Hüseynova ekoloji sağlam mühit mövzusunun hər bir insanın diqqət mərkəzində olmalı olduğunu bildirib. O,  müsabiqənin ekoloji maarifləndirmə ilə yanaşı məktəblilərin asudə vaxtlarını səmərəli etməklə istedadlarının aşkara çıxarılmasına şərait yaratdığını qeyd edib.

 

Sərgiyə baxışdan sonra münsiflər heyətinin qərarı ilə I yerə O. Bəşirova adına 2 nömrəli ümumi orta məktəb, II yerə Pirəbədil kənd tam orta məktəbi, III yerə S.Zülfüqarov adına 3 nömrəli tam orta məktəb layiq görülüb.

 

Qeyd edək ki, “Təbiəti və tullantıları xilas edək!” adlı edko-müsabiqə rayon təhsil şöbəsi tərəfindən məktəblilərdə ekoloji məlumatlılıq səviyyəsinin artırılması və istedadlı şagirdlərin aşkara çıxarılması məqsədilə elan edilib. Müsabiqə çərçivəsində məktəblilərlə maarifləndirici söhbətlər aparılıb, onlar təbiətdən tullantıların toplanmasına cəlb ediliblər. Toplanan tullantılardan müxtəlif əl işləri hazırlanıb.

 

 

Gülər HÜSEYNOVA,

Şabran Rayon Təhsil Şöbəsinin ictimaiyyətlə əlaqələr üzrə məsul şəxsi