Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) gənc müəllimi Norveç krallığının Nord Universitetində elmi tədqiqat aparmaq üçün dəvət alıb.
UNEC-in SABAH mərkəzinin rəhbərinin müavini, “Beynəlxalq iqtisadiyyat” kafedrasının müəllimi Rövşən Camalov Nord Universitetinin Biznes Məktəbində 3 ay müddətində elmi tədqiqat aparacaq. R.Camalov resurs ölkələrinin, xüsusilə də neft və qaz resursları ilə zəngin ölkələrin iqtisadiyyatını araşdıracaq.