Moskva Pedaqoji Dövlət Universiteti Xarici Dillər İnstitutu ilə


Lənkəran Dövlət Universitetində (LDU) Moskva Pedaqoji Dövlət Universiteti Xarici Dillər İnstitutu ilə   birgə “Məktəb və pedaqoji  təhsilin ayrı–ayrı mərhələrində linqvistikanın və xarici dilin tədrisinin aktual problemləri”  mövsunda I Beynəlxalq onlayn konfrans keçirilib. Konfransda hər iki ali təhsil müəssisəsinin tələbələri, magistrantları, aspirant və doktorantları  iştirak edib.

 

Konfransın açılışında  Moskva Pedaqoji Dövlət Universiteti  Xarici Dillər İnstitutunun direktoru, professor Sergey  Alekseyeviç Zasorinin və Lənkəran Dövlət Universitetinin rektoru vəzifəsini icra edən professor Natiq İbrahimovun iştirakçılara təbrik məktubları  oxunub. Təbrik məktublarında I Beynəlxalq onlayn konfransın hər iki ali məktəb üçün səmərəli olduğu vurğulanıb və bu cür tədbirlərin gələcəkdə daha geniş formada keçirilməsinin vacibliyi qeyd edilib.

 

Konfransı  Moskva Pedaqoji Dövlət Universitetinin Xarici Dillər İnstitutu tərəfindən professor Zinaida Nikitenko, Lənkəran Dövlət Universiteti tərəfindən sosial  məsələlər  üzrə prorektor,  dosent Kamran  Kazımov idarə ediblər. Çıxışlarda elmi konfransların birgə keçirilməsinin hər iki tərəf üçün səmərəli olduğu vurğulanıb. Onlayn Konfransda hərəyə səkkiz olmaqla, ümumilikdə on altı məruzə dinlənilib və  müzakirələr aparılıb.

 

Moskva Pedaqoji Dövlət Universiteti Xarici Dillər İnstitutunun direktoru. professor Sergey  Alekseyeviç Zasorin və   dos. Kamran  Kazımov konfransın yekununda tədbirin işgüzarlıq şəraitində keçdiyini, dinlənilən məruzələrin aktuallıgını və belə tədbirlərin elmin inkişafına , qarşılıqlı əlaqələrin təkmilləşməsinə müsbət təsir göstərdiyini vurğulayıblar. Gələcəkdə elmi əlaqələrin və ikitərəfli əməkdaşlıgın daha da  inkişaf etdirilməsinin zəruriliyi qeyd olunub.