Aprelin 3-də Sumqayıt Dövlət Universitetinin rektorluğunun genişləndirilmiş iclası keçirilib. İclasda bir qrup professor-müəllim heyətinin əməkhaqqına əlavələr haqqında rektorun əmrinin icrası ilə bağlı qərar qəbul edilib.
Qeyd edək ki, Sumqayıt Dövlət Universitetinin rektoru, professor Elxan Huseynov tərəfindən tədris prosesində müasir təlim texnologiyalarını uğurla tətbiq edən, novator metodlardan səmərəli istifadə edən, tədris-metodiki vəsaitlərin hazırlanmasında pedaqoji ustalıq nümayiş etdirən professor-müəllim heyətinin əmək fəaliyyətinin fərdi qiymətləndirilməsi məqsədilə R-21/1 saylı, 31.03.2017- ci il tarixli əmr imzalanmışdır. Əmrin icrası universitetin Tədris-metodiki mərkəzinin qiymətləndirmə və keyfiyyətə nəzarət bölməsinə həvalə olunmuşdur. Əldə edilmiş nəticələr fakültələrdə keçirilmiş rəy sorğusuna, pedaqoji heyətin elmi fəaliyyətinin göstəricilərinə əsaslanaraq demokratik və şəffaf prinsiplər əsasında aparılmışdır. Aparılan bu araşdırma rektor, professor Elxan Hüseynov, prorektor, dekan və struktur rəhbərlərinin iştirakı ilə yenidən müzakirə olunub və nəzərdə tutulan müəllimlərin elmi, tədris və ictimai fəaliyyəti ətraflı təhlil edilib. Fərqlənmiş əməkdaşların əmək haqqının cari ilin sonunadək diferensasiya yolu ilə 100 manat artırılması qərarı qəbul edilib.